Accessibility links

BMT elçisi Qriffits Yəmən böhranını müzakirə etmək üçün İrandadır


BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits
BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffits

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Yəmən böhranını müzakirə etmək üçün ilk dəfə İrana səfər edib. Bu barədə İran dövlət televiziyası bazar günü məlumat verib. Səfər Vaşinqtonun Yəməndə Səudiyyə Ərəbistanının başçılığı ilə hərbi əməliyyatlara dəstəyinin dayandıracağını açıqlamasından bir neçə gün sonraya təsadüf edir.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya İranın dəstəklədiyi Husi üsyançılarına qarşı mübarizə aparan hökumət qüvvələrini dəstəkləyərək, Yəməndə vətəndaş müharibəsinə 2015-ci ildə müdaxilə edib. Səudiyyə Ərəbistanı və İran Suriyadan tutmuş İraqa, Yəmənə qədər Yaxın Şərqdə nüfuz uğrunda yarışır.

“BMT-nin xüsusi nümayəndəsi Martin Qriffits iki günlük səfərlə Tehrana gəlib və bu səfər çərçivəsində Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif və digər İran rəsmiləri ilə görüşəcək”, İranın dövlət televiziyası bildirib.

Qriffitsin ofisindən səfərin münaqişənin danışıqlar yolu ilə siyasi həllinə dəstək üçün göstərilən diplomatik səylərin bir hissəsi olduğu bildirilib. Mətbuat üçün verilən açıqlamada onun başlıca prioritetinin döyüşən tərəflər arasında atəşkəs, təcili humanitar əməliyyat və siyasi prosesin yenidən başlanması barədə razılaşmanın dəstəklənməsindən ibarət olduğu deyilir.

Qriffitsin sözçüsü İsmini Palla səfərin bir müddətdir planlaşdırıldığını bildirərək, onun müharibənin sona çatdırılması üçün göstərdiyi səylərə daha çox diplomatik, regional və beynəlxalq dəstək toplamağa çalışdığı bir vaxta təsadüf etdiyini əlavə edib.

İran şənbə günü ABŞ Prezidenti Co Baydenin cümə axşamı günü Vaşinqtonun Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi hərbi kampaniyada hücum əməliyyatlarına dəstəyinə son verməsi haqda qərarını “keçmiş səhvləri düzəltmək üçün bir addım” kimi alqışlayıb.

İranın Xarici İşlər Naziri Cavad Zərif CNN tele kanalına müsahibədə ABŞ-ın qərarının Yəməndə müharibəyə son qoymağa imkan verib-verməyəcəyi haqda suala cavab verərək bildirib: “Əlbəttə, buna ümid edirəm ... ABŞ-ın müttəfiqlərinə qarşı müəyyən sərt mövqe göstərməsi və bu pis əməlləri dayandırmalı olduqlarını bildirməsi daha yaxşıdır. Onlar Yəməndə heç vaxt qalib gəlməyəcəklər.”

Vaşinqton həmçinin Yəməndə humanitar böhrana cavab olaraq ABŞ-ın keçmiş prezidenti Donald Trampın son anda verdiyi ən çox tənqid olunan qərarlarından birini dəyişərək, cümə günü Husilərin terrorçu statusunu ləğv etmək niyyətində olduğunu bəyan edib. BMT-nin bildirdiyinə görə, Yəmənin əhalisinin təxminən 80 faizi ehtiyac içərisindədir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG