Accessibility links

BMT-nin Ərzaq Proqramı Ukraynanın şərq regionuna ərzaq yardımı çatdırır


BMT-nin Ərzaq Proqramı Ukraynanın şərq regionuna ərzaq yardımı çatdırılmasını davam etdirir.

Yardımlar Donetsk və Luqansk şəhərlərinin ictimai sığınacaqları və nəqliyyat mərkəzlərində paylanır.

Bu ayın əvvəllərində start verilən proqram insanları 5 gün ərzində 2000 adama kifayət edən 10 min gündəlik porsiya ilə təmin edib.

Agentlik ayın axırınıdək 5 gün ərzində 18 min insanı yeməklə təmin etməyi planlaşdırır.

Ərzaq yardımı əsasən yaşlı, hamilə, xəstələr, süd verən analar və yoxsul ailələrə şamil edilir.

Oktyabr ayında təşkilat yarım milyon dollarlıq ərzaq talonları ilə 10 min insanın ərzaq almasına yardım göstərəcək.

BMT-nin Qaçqınlar Agentliyi Ukraynada 310 min insanın evlərindən didərgin düşdüyünü bildirir. Rəsmilər isə bu göstəricinin 2 dəfə artıq olduğunu deyir.

Ukraynaın hökumət qüvvələri ilə rusiyapərəst separatistlər arasında gedən döyüşlər nəticəsində 2600 insan həlak olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG