Accessibility links

BMT fələstinli qaçqınlar üçün əlavə vəsait toplaya bilməyib


Fələstinli qaçqınlara yardım edən BMT agentliyi bildirib ki, yardım fondlarına əlavə vəsaitlər əldə edə bilmir. Tramp administrasiyasının böyük maliyyə kəsirlərindən sonra agentliyin proqramlarına böyük zərbə dəyib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı donorlara bildirib ki, onlar dəstəyi artırmaq, mövcud proqramları davam etdirmək və regionda böyük humanitar böhranın qarşısını almaq üçün yanvar ayında çoxtərəfli strategiya başladıb.

“Biz cari ilə büdcədə 146 milyon dollarlıq kəsirlə başladıq, daha sonra isə bizim ən böyük donorumuz, tarixən qaçqınlar agentliyinə ən çox vəsait ayıran Birləşmiş Ştatlar ianəsini 300 milyon dollar azaltdı. Bu isə bizim təhsildən və səhiyyədən tutmuş fövqəladə xidmətlərə kimi bir çox sahədəki xidmətlərimizə təsir göstərəcək”- deyə, Pyer Krahebül bildirib.

Mart ayında donorların konfransı zamanı 100 milyon dollar toplansa da, bundan əlavə Səudiyyə Ərəbistanı və Qətər hər biri 50 milyon dollar ianə versə də, idarə Qəzza zolağı, İordan çayının qərb sahili, İordaniya, Livan və Suriyadakı 5 milyon fələstinli qaçqına yardım edən proqramları davam etdirə bilmək üçün əlavə 250 milyon dollar axtarışındadır.

XS
SM
MD
LG