Accessibility links

BMT: Hər 3 suriyalıdan 2-nin humanitar yardıma ehtiyacı var


İdlibdə məcburi köçkünlər
İdlibdə məcburi köçkünlər

BMT bildirib ki, 11.7 milyon suriyalı, yəni Suriya əhalisinin təxminən üçdə ikisi yaşamaq üçün humanitar yardıma ehtiyac duyur. Təşkilat Brüsseldə martın 12-dən 14-ə qədər keçiriləcək Suriyaya dair beynəlxalq donor konfransından öncə ümdə ehtiyacların təmin edilməsi üçün humanitar plan hazırlayıb.

BMT humanitar plan üçün hələlik nə qədər maliyyənin tələb olunduğunu açıqlamayıb. Lakin keçən il təşkilatın donor ölkələrə 3.36 milyon dollar ayrılması çağırışını nəzərə alaraq, 2019-cu ildə ehtiyac içində olan milyonlarla mülki vətəndaş üçün lazımi yardımın səviyyəsinin aşağı olmayacağı təxmin edilir.

Rusiyadan dəstək alan Suriya hökuməti böyük hərbi və ərazi üstünlüklərinə nail olub. Lakin buna baxmayaraq, BMT mülki əhali üçün nə müharibənin, nə də humanitar böhranın bitmədiyini bildirir.

İdlib vilayətində Atimah kəndində qaçqın düşərgəsi
İdlib vilayətində Atimah kəndində qaçqın düşərgəsi

Təşkilatın hesabatına əsasən, 6.2 milyon suriyalı məcburi köçkün vəziyyətindədir. Hesabatda göstərilir ki, əhalinin 80 faizindən çoxu yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Əhali xroniki məhrumiyyətlərdən əziyyət çəkir.

Humanitar Yardımın Koordinasiyası üzrə nümayəndə Yens Laerke bildirib ki, Suriyada səkkiz illik müharibə ölkəni dünyanın ən böyük humanitar müdafiə meydanlarından birinə çevirib.

Uşaqlar Tel Hamis kəndində dağılmış evin qalıqları arasında
Uşaqlar Tel Hamis kəndində dağılmış evin qalıqları arasında

“Bəzi yerlərdə zorakılığın azalmasına baxmayaraq, insanlar hər gün qəddarlıqla üzləşməyə davam edir. Qadınlar, uşaqlar, yeniyetmə qızlar, yaşlı insanlar, dul qalmış və ailə başçısı olan qadınlar, fiziki qüsurları olan insanlar ciddi risklərlə qarşılaşır və onların spesifik ehtiyacları var.”

Laerke həmçinin bildirib ki, 10 milyondan çox insanın minaların yerləşdirildiyi ərazilərdə yaşadığı təxmin edilir.

BMT-nin planında ərzaq, sığınacaq, səhiyyə xidmədləri, su və sanitariya kimi insanların ən ümdə ehtiyacları göstərilir. Planda iki milyondan çox qız və oğlanın məktəbə getmədiyi ölkədə təhsilin əhəmiyyəti önə çəkilir.

XS
SM
MD
LG