Accessibility links

BMT Husilərin Hudeydədən çıxdığına dair iddialarını şübhə ilə qarşılayır


Karqo gəmisi Qırmızı dəniz sahilindəki Hudeydə limanında lövbər salıb, 29 sentyabr, 2018.
Karqo gəmisi Qırmızı dəniz sahilindəki Hudeydə limanında lövbər salıb, 29 sentyabr, 2018.

BMT Yəməndə Husi şiə üsyançılarının Hudeydə limanından çıxdığı ilə bağlı iddialarını şübhə ilə qarşılayaraq, bu kimi addımların yalnız digər tərəflərin təsdiq etdiyi halda etibarlı ola biləcəyini bildirib.

BMT baş katibinin sözçüsü Stefan Ducarriç deyib ki, Huti üsyançıları yardımın çatdırılması üçün Hudeydə və paytaxt Səna arasındakı “humanitar” dəhlizin açılmasına dair razılığa riayət etməyib. Hər iki şəhər üsyançıların nəzarəti altındadır.

O bildirib ki, BMT-nin müşahidəçilərindən ibarət missiyasına rəhbərlik edən təqaüddə olan general-mayor Patrik Kammaert üsyançıların nümayəndələri ilə dəhlizin açılmaması ilə əlaqədar olaraq keçirilən görüşdə onların tərəflər arasında etibarın yaradılması imkanını əldən verdikləri ilə bağlı narazılığını ifadə edib.

BMT-nin müşahidəçilərindən ibarət missiyasına rəhbərlik edən təqaüddə olan general-mayor Patrik Kammaert və Husilərin təyin etdiyi vali Məhəmməd Aiyyas Quhaym
BMT-nin müşahidəçilərindən ibarət missiyasına rəhbərlik edən təqaüddə olan general-mayor Patrik Kammaert və Husilərin təyin etdiyi vali Məhəmməd Aiyyas Quhaym

Tərəflər arasında etibarın yaradılması məsələsi bu ay İsveçdə keçirilmiş görüşdə razılaşdırılıb. Buraya məhbusların dəyişdirilməsi də daxil olmaqla, Yəməndə dörd ildir sürən vətəndaş müharibəsinə son qoyulmasına yol aça biləcək bir sıra tədbirlər daxildir.

Münaqişədə İranın dəstəklədiyi Husilər Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın dəstək verdiyi Yəmən hökumətinə qarşı döyüşlər aparır. Tərəflər Hudeydəyə nəzarət etmək üçün aylardır davam edən döyüşlərdən sonra şəhərdə iki həftədir sürən atəşkəsə əməl edib.

Husi döyüşçüləri
Husi döyüşçüləri

Yəmənə idxal edilən malların 70 faizi Hudeydə limanı vasitəsilə ölkəyə gətirilir. İsveçdə əldə olunmuş razılığın əsas məqsədlərindən biri aclıq həddində olan Yəmənə humanitar yardımın çatdırılmasını təmin etməkdən ibarətdir.

Ərəb dünyasının ən yoxsul ölkəsi olan Yəməndə münaqişə nəticəsində on minlərlə insan həyatını itirib. Ölkədə milyonlarla insan aclıq fəlakəti qarşısındadır. BMT ölkədəki vəziyyəti dünyada ən pis humanitar böhranlardan biri adlandırır.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG