Accessibility links

BMT: İdlibdəki mülki əhali müharibəyə qurban verilməməlidir


BMT-nin insan hüquqları ekspertləri xəbərdarlıq edir ki, Suriyada üsyançıların nəzarətində olan İdlib bölgəsində hərbi əməliyyatlar mülki vətəndaşların yeddi ildir davam edən müharibədə ən böyük qətliamı ilə nəticələnə bilər.

Suriyada 2011-ci ildə vətəndaş müharibəsinin başlamasından sonra 6.5 milyon insan məcburi köçkün və qaçqın olub.

Üç nəfərdən ibarət Müstəqil Araşdırma Komissiyasının bildirdiyinə görə, hərbi əməliyyatlar nəticəsində bu ilin altı ayından az bir müddət ərzində 1 milyondan çox insanı öz yerlərindən qaçmaq məcburiyyətində qalıb. Komissiya buna hökumət qüvvələrinin ərazini silahlı qruplar və terror təşkilatlarından geri almaq üçün apardığı döyüşlərin səbəb olduğunu bildirir.

İdlib vilayətindəki Atimah kəndi yaxınlığında qaçqın düşərgəsi
İdlib vilayətindəki Atimah kəndi yaxınlığında qaçqın düşərgəsi

BMT təhqiqatçıları Suriya rejimi və onun müttəfiqlərinin üsyançıların nəzarətində olan İdlib bölgəsində genişmiqyaslı müharibəyə başladığı halda baş verə biləcəklərlə bağlı narahatlıqlarını bildirib.

“Mülki əhali terrorizmə qarşı müharibənin girovu olmamalıdır. Bizim cinayət törətmiş, ya da törətməyə hazırlaşan terrorçular, silahlı qruplar və başqalarını təqib edən hökumətlərlə problemimiz yoxdur. Amma bu, günahsız mülki vətəndaşların hesabına baş verməmlidir”, -deyə Araşdırma Komissiyasının üzvü Hanni Meqalli bildirib.

Komissiyanın sədri Paolo Pinheyro deyib ki, münaqişəyə cəlb olunan bütün tərəflər və onları dsətəkləyən dövlətlər İdlibdə qətliamın baş verməməsi üçün əllərindən gələni etməlidir. O deyib ki, siyasi həll yolu tapılmalıdır.

Komissiyanın hesabatında yanvar və iyun ayları arasında altı döyüş zamanı mülki vətəndaşların kütləvi şəkildə yerlərini tərk etməsinə diqqət çəkilir. Hesabatda Hələb, Homsun şimalı, Dəməşq və onun ətrafı, Daraa və İdlib vilayətlərində intensiv döyüşlər zamanı müharibə cinayətlərinin törədildiyi qeyd edilir.

XS
SM
MD
LG