Accessibility links

BMT insan haqlarının müdafiəsi üçün ümümdünya çağırışı edir


BMT-nin Baş katibi Antonio Quterreş insan haqlarının iqlim böhranı, rəqəmsal texnologiyalardan sui-istifadə və "hakimiyyətə susamış" liderlər də daxil olmaqla çoxsaylı təhdidlərə məruz qalması barədə xəbərdarlıq edib.

Quterreş BMT-nin İnsan Haqları Şurasının 43-cü sessiyasının açılışında insan haqlarını inkişaf etdirmək və müdafiə etmək üçün fəaliyyətə keçmək barədə çağırış edib.

BMT Baş katibi insan haqlarını cəmiyyətlərin azad şəraitdə inkişafına kömək etmək üçün ən vacib vasitə adlandırıb. O bu hüquqların zəifləməsini təəssüflə qeyd edərək, heç bir ölkənin bundan sığortalanmadığını bildirib.

"Biz müharibə şəraitində olan anklavlarda tələyə düşmüş, beynəlxalq hüquq normalarına zidd olaraq ac qalmış və bombalanan mülki insanları görürük. İnsan alveri zəiflik və ümidsizliyi hədəf alaraq, dünyadakı bütün bölgələrə təsir göstərir. İnsanlar geri qalır. Qorxular artır. Və bəzi liderlər bu boşluqları qırılma nöqtəsinə qədər genişləndirmək üçün narahatlıqlardan istifadə edir " - deyə, Quterreş bildirib.

BMT Baş katibi bu çağırışın bərabərsizlik və ayrıseçkiliyin bütün formalarının aradan qaldırılmasını hədəflədiyini bildirərək, heç bir ölkənin adını çəkmədən xüsusi narahatlıq doğuran bir neçə xüsusi sahəni hədəfə alacağını deyib.

Quterreş həmçinin bildirib ki, kampaniya insanlar arasında yoxsulluq səviyyəsini azaldaraq, onların bərabər imkanlar və seçimlərdən faydalanmasını hədəfləyib.

O eyni zamanda, insanların ifadə, din və toplaşmaq azadlıqlarının qorunması üçün bütün lazımi səylərin göstəriləcəyini bildirib.

XS
SM
MD
LG