Accessibility links

BMT-nin insan haqlarına dair xüsusi məruzəçisi İranda insan haqlarının pozulduğunu deyib


Məruzəçi Əhməd Şahid İran hökumətinin yarım il ərzində 300-dən çox insanı edam etdiyini deyiib

BMT-nin insan haqları üzrə xüsusi nümayəndəsi İran hökumətinin insan haqlarının pozulmasına görə məsuliyyət daşıdığını və ən qatı işgəncə üsulunu tətbiq edən birinci ölkə olmaqda davam etdiyin deyib.

BMT-nin İranda insan haqlarına dair xüsusi məruzəçisi Əhməd Şahid dünən Nyu York şəhərində müxbirlər, diplomatlar və insan haqları fəallarının ədalətsiz məhkəmə prosesləri, müxbirlərə qarşı repressiyalar, dini və etnik azlıqların təqib edilməsi və başqa təhqiramiz halların davam etdiyini deyib.

Şahid İran hökumətinin bu ilin birinci yarısında 300 nəfərdən çox insanın edam edildiyini qeyd edib. Onun bu yaxınlarda açıqladığı hesabatda insan haqları müdafiəçilərinə qarşı törədilmiş qəddarlıqlar detalalrı ilə qeyd edilib.
XS
SM
MD
LG