Accessibility links

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Azərbaycanda insan haqlarının durumundan narahatdır


BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının sözçüsü Rubert Kolville
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının sözçüsü Rubert Kolville

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının sözçüsü Rubert Kolville Azərbaycanda insan haqları müdafiəçiləri, jurnalistlər və hökumət tənqidçilərinin söz azadlığının pozulmasından narahatlığını ifadə edib.

“Biz insan haqları müdafiəçiləri, jurnalistlər və hökumət tənqidçilərinin Azərbaycanda ifadə, əqidə, birləşmək və sərbət toplaşma hüquqlarından məhrum edilməsindən narahatıq. İnsan Hüquqları üzrə Ali Komissarı Zeyd Raad Əl-Hüseyn prezident və xarici işlər naziri də daxil olmaqla xəbər verildiyi kimi, bu şəxslərin ciddi sağlam problemlərindən əziyyət çəkdiyi ilə bağlı rəsmilərə müraciət edib. Ali Komissar onların humanitar əsaslarda azad edilməsinə çalışır. Ali Komissar Zeyd həmçinin insan hüquqlarından istifadə etdiyinə görə azadlıqdan məhrum olmuş başqalarının da azad edilməsinə çalışır”-deyə o bildirib.

BMT nümayəndəsi vətəndaş hüquqları müdafiəçiləri, jurnalistlər və hökumət tənqidçilərinin həbsinin Azərbaycanda demokratiyanın geriləməsinə işarə olduğunu bildirib: “Bu hallar vətəndaş hüquqları fəalları, jurnalistlər və hüquqşünasların mühüm işlərini görmək üçün hüquqi və inzibati repressiyalardan qorxduğu Azərbaycanda demokratiyanın gerilədiyini göstərir. Bəzi media qurumlarının bağlanması Avropa Oyunlarından öncə tanınmış jurnalistlərin və aparıcı insan hüquqları təşkilatlarının ölkəyə daxil olmasına icazə verilməməsi kimi daha böyük problemin simptomlarından biridir.”

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının sözçüsü Azərbaycanda vətəndaş cəmiyyəti təşkilatlarına aid olan qanunvericilik və inzibati tələblərin yüngülləşdirilməsinə böyük ehtiyacın olduğunu bildirib: “Yerli və beynəlxalq QHT-lərin də sərbəst hərəkət etməsinə imkan verilməlidir. Buraya ölkədə insan haqları müdafiəçiləri və jurnalistlərin məhkəməsinin monitorinq edilməsi, habelə beynəlxalq və regional insan hüquqları təşkilatları və qurumlarla repressiya qorxusu olmadan əməkdaşlıq etməsinə imkan verilməsi daxildir.”

BMT nümayəndəsi Azərbaycan rəsmilərini müstəqil və ədalətli məhkəmə prosesini təmin etməyə çağırıb: “Biz həmçinin Azərbaycan rəsmilərini lazımi hüquqi proseduru təmin etməyə və müttəhimlərin vəkillərinin işinə hər hansı müdaxilənin qarşısını almağa çağırırıq. Məhkəmə prosesləri Azərbaycanın beynəlxalq insan haqlarına dair öhdəlikləri və təəhhüdlərinə tam hörmət əsasında müstəqil və məsuliyyətli şəkildə keçirilməlidir.”

BMT rəsmisi Azərbaycan hökumətini fərqli fikirlərini ifadə etməkdən məhrum edilmiş insanların işlərini dərhal yenidən nəzərdən keçirməyə çağırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG