Accessibility links

BMT-nin insan haqları komissarı Tramp və Uaylders kimi siyasətçilərin taktikasını İŞİD təbliğatına bənzədib


BMT-in insan hüquqları agentliyinin başçısı deyir ki, hollandiyalı millətçi Girt Uaylders və ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp kimi populist siyasətçilər diqqət cəlb etmək üçün “qorxudan və daha əvvəl mövcud olmayan dünya yaratmaq vədindən” istifadə edirlər.

Zeyd Raad Əl-Hüseyn Haaqada keçirilən təhlükəsizlik və ədliyyə konfransında deyib ki, sağçı siyasətçilərin “yarı-həqiqətlərə və hər şeyin sadələşdirməsinə” arxalanması İŞİD qrupunun təbliğatında istifadə etdiyi kommunikasiya taktikalarına bənzəyir.

Zeyd bildirib ki, bunun formulası çox sadədir: ilk öncə onlar onsuz da narahat insanlara özlərini piss hiss etdirir və bunların hamısına səbəb olaraq bir qrup insanı göstərir. “Daha sonra isə bu insanlara özlərini yaxşı hiss etdirmək məqsədilə onlar üçün fantaziya, digərləri üçün isə dəhşətli dərəcədə ədalətsiz olan bir çıxış yolu irəli sürürlər,” deyə o bildirib.

Zeyd bu sözləri avqust ayının sonunda müsəlman ölkələrindən Hollandiyaya immiqrasiyaya qadağa tətbiq edilməsinə, məscidlər və müsəlman məktəblərin bağlanmasına və Quranın qadağan edilməsinə çağıran manifest elan edən Uayldersə ünvanlayıb. Uaylders isə cavab olaraq Zeidi “idiot”, BMT-ni isə “qəribə” adlandırıb.

Zeyd Raad Əl-Hüseyn insanları buna qarşı cıxmağa çağırıb və deyib ki, Uayldersin sözləri bu gün az diqqət cəlb etsə də , on il əvvəl “bütün dünya boyu gurultu” yaradardı.

O, Fransada Marin Le Pen, Britaniyada Nigel Faraj, Macarıstanda Viktor Orban, Avstriyada Norbert Hofer, Slovakiyada baş nazir Robert Fiko və Çexiya prezidenti Milos Zemanı Tramp və Uayldersə bənzədib.

Dünyaya Baxış

Dünyaya Baxış. Qadın hüquqları fəalı azyaşlının zorlanmasına etiraz edib
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG