Accessibility links

BMT: "İqlim dəyişikliyi hər il daha çox təbii fəlakət deməkdir"


BMT-nin Hava Agentliyi istilik dalğaları, qlobal istiləşmə, meşə yanğınları, fırtınalar, quraqlıqlar və qasırğaların artması ilə beynəlxalq humanitar yardıma ehtiyacı olan insanların sayının artacağını bildirib. Agentlik 2018-ci ildə dünya miqyasında 108 milyonla müqayisədə 2030-cu ilə qədər ehtiyacı olanların sayının 50 faiz arta biləcəyi barədə xəbərdarlıq edib.

Dünya Meteorologiya Agentliyi və onunla işləyən digər təşkilatların çərşənbə axşamı açıqladığı yeni hesabatında hər il hava şəraiti ilə bağlı fəlakətlərin artdığı bildirib. Hesabatda deyilir ki, son 50 ildə baş verən 11 mindən çox fəlakətin hava, iqlim və sunami kimi hadisələrin 2 milyon insanın ölümünə və 3.6 trilyon dollar məbləğində iqtisadi xərclərə səbəb olub.

Bu müddət ərzində ən güclü inkişaf təbii fəlakətlərin hər birindən ölüm hallarının üçdə bir hissəsinin azalmasıdır. Baxmayaraq ki, təbii fəlakətlər və onların iqtisadi xərcləri kəskin şəkildə artıb.

16 beynəlxalq agentlik və maliyyə təşkilatları tərəfindən hazırlanan 2020-ci ildə İqlim Dəyişikliyinin Vəziyyəti adlı hesabatda hökumətlər erkən xəbərdarlıq sistemlərinə pul ayrılması və təbii fəlakətlərin fəsadlarına cavab verilməsinə hazır olmağa çağırılır.

COVID-19 beynəlxalq sağlamlıq sistemində və iqtisadiyyatda böhran yaratsa da, ondan xilas olmaq üçün illər lazım olacaq. Lakin iqlim dəyişikliyi insan həyatı, exosistemlər, iqtisadiyyatlar və cəmiyyətlər üçün gələcək əsrlər boyu təhlükə yaratmaqdaa davam edəcəyini xatırlamaq vacibdir” - deyə, Dünya Meteorologiya Agentliyinin baş katibi Petteri Taalas bildirib.

XS
SM
MD
LG