Accessibility links

İqlim sazişi layihəsində "həyəcan və narahatlıq" ifadə olunur


BMT-nin İqlim Dəyişikliyi ilə bağlı danışıqlarının çərşənbə günü açıqlanmasıgözlənilən yekun sənədinə görə, hökumətlər Yer kürəsinin artıq nə qədər istiləşdiyi ilə bağlı "həyəcan və narahatlıq" ifadə etməyə və daş kömürdən istifadəni dayandırmağı təşviq etməyə hazırdır.

Hökumətlərin indiyə qədər verdikləri vədləri yerinə yetirməmələrinə baxmayaraq, Şotlandiyanın Qlazqo şəhərindəki danışıqlarda açıqlanan sənədin ilkin variantı da ölkələrin 2030-cu ilə qədər karbon dioksid emissiyalarını təxminən yarıya qədər azaltmağın zəruri olduğu qeyd edilib.

Layihədə neft və qazdan istifadənin dayandırılmasına dair açıq heç bir şey qeyd edilməsə də, ölkələr bir-birini əhəmiyyətli dərəcədə "daş kömür və yanacaqlara subsidiyaların mərhələli şəkildə dayandırılmasını sürətləndirməyə" çağırır.

İnkişaf etmiş ölkələr arasında istiləşməyə səbəb olan qazların əsas mənbəyi daş kömürlə işləyən elektrik stansiyalarını bağlamaq üçün böyük təkan olsa da, bu yanacaq Çin və Hindistan kimi ölkələr üçün kritik və ucuz elektrik enerjisi mənbəyi olaraq qalır.

Daş kömerdən istifdəyə son qoyulmasına dair söhbət ilk dəfə açılıb və olduqca mühümdür. Ölkələrin bunu edəcəyi bir tarixin olmaması vədlərin effektivliyini məhdudlaşdırır,.

Greenpeace Beynəlxalq Direktoru Cennifer Morqan uzun müddətdir iqlim danışıqları müşahidəçisi olduğunu deyib.

"Bu, iqlimlə bağlı fövqəladə vəziyyətin həlli yolu deyil. Bu, küçələrdə olan uşaqlara ehtiyac duyacaqları inamı verməyəcək" - deyə, Morqan bildirib.

Layihədə hələ BMT-nin danışıqlara gedərkən qarşıya qoyduğu üç əsas məsələ ilə bağlı tam razılaşma yoxdur və bu, zəngin ölkələrin maliyyə öhdəliklərini yerinə yetirməməsi səbəbindən yoxsul ölkələri məyus edə bilər.

Öhdəliklər bunlardır: zəngin dövlətlərin yoxsul ölkələrə ildə 100 milyard dollar iqlim yardımı verməsi, bu pulun yarısının qlobal istiləşmənin ağırlaşması təqdirində bu sahəyə yönəldilməsi və qeyd edildiyi kimi insanların emissiyaları azaltməsıdır.

XS
SM
MD
LG