Accessibility links

BMT-nin iqlim dəyişikliyinə dair konfransında Kyoto protokolunun uzadılması diqqət mərkəzindədir


Dünyanın 200-ə yaxın ölkəsinin nümayəndələri istixanə qazları tullantılarının azaldılması məsələsində razılıq əldə etmək məqsədilə iki həftə davam edəcək müzakirələrə başlayıb.

BMT-nin iqlim dəyişikliyinə dair Qətərin paytaxtı Doha şəhərində keçirilən konfransda iştirak edən nümayəndələr əsas diqqəti Kioto Protokolunun uzadılması məsələsinə yönəldəcək. Bu il müddəti bitən mqavilə inkişaf etmiş ölkələr qarşısında tullantıların 1990-cı ildəki səviyyədən 5 faiz daha da azaltması kimi öhdəlik qoyur.

Havanı ən çox çirkləndirən Birləşləşmiş Ştatlar və Çin kimi böyük ölkələr müqaviləyə qoşulmayıb. Rusiya, Yaponiya və Kanada isə Kioto protokolunun uzadılmasında iştirak etmək istəmədiklərini bildirirlər. Müqavilə uzaldığı halda havaya atılan istixana qazlarının yalnız 15 faizinə aid olacaq.

Konfransda həmçinin 2015-ci ilə qədər hazırlanması və 2020-ci ildə qüvvəyə minməsi nəzərdə tutulan iqlimə dair yeni qlobal razılığın hazırlanması ətrafında müzakirələr aparılacaq.

Müzakirələr BMT-nin keçən həftə hava temperaturunun sənayenin inkilşaf etdiyi dövrdən əvvəllə müqayisədə 2 dərəcə selsi artmasının qarşısının alınması üçün səylərin gücləndirilməsinə dair xəbərdarlığın verildiyi hesabatını açıqlamasından sonra keçirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG