Accessibility links

BMT-nin İqlim sammitindən öncə dünya ölkələrində ətraf mühitin qlobal müdafiəsi çağırışları ilə nümayişlər keçirilir


Dünya liderləri Parisdə bazar ertsi BMT-nin İqlim sammitinə toplaşdığı vaxt dünyanın bir sıra ölkələrində ətraf mühitin qlobal səviyyədə müdafiəsi çağırışları minlərlə insanın iştirak etdiyi etiraz nümayişləri keçirilir.

Fəallar 130 adamın ölümülə nəticələnmiş terror aksiyalarından sonra Parisdə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi şəraitdə nümayiş təşkil edib.

Fransa rəsmilərinin yürüşlərin keçirilməsini qadağan etməsinə baxmayaraq, BMT-nin Baş katibi Ban Ki Mun da daxil olmaqla nümayişçilər Parisin Respublika meydanında 20 min ayaqqabı qoyub. Nümayişin təşkilatçıları ayaqqabəların ümumi çəkisinin 4 tona bərabər olduğunu və onların arasında Roma Papası Frensisin adından da Vatikandan göndərilmiş bir cüt ayaqqabı olduğunu bildirib.

Parisin Respublika meydanında yerə qoyulmuş 20 min cüt ayaqqabı
Parisin Respublika meydanında yerə qoyulmuş 20 min cüt ayaqqabı

Avstraliyada Pert, Berlin, London, San Paolo və Nyu-York daxil olmaqla dünyanın bir sıra başqa şəhərlərində də 2 mindən çox nümayişin keçiriləcəyi gözlənilir.

BMT-nin İqlim sammitində iştirak etmək üçün ABŞ prezidenti Barak Obama, Çin prezidenti Si Tsinpin, Hindistanın Baş naziri Narendra Modi və Rusiya prezidenti Vladimir Putin və digər 150 dünya liderinin Fransa paytaxtına gələcəyi gözlənilir.

XS
SM
MD
LG