Accessibility links

ABŞ-ın BMT-dəki səfiri İranı hədəf aldı


ABŞ-ın BMT-dəki səfiri Nikki Heyli İranı ölkədə baş verən qanun pozuntularına görə hədəf aldı və BMT-nin Təhlükəsizlik Şurasının Tehranı bu pozuntulara görə məsul tutmadığı üçün tənqid etdi.

Heyli çərşənbə günü şuranın aylıq görüşü zamanı bu sözləri dedi:

“Rejim bu şura ilə oyun oynamaqda davam edir. İran nüvə sazişinə riayət edilməsi ilə bağlı texniki məqamların arxasında gizlənərək, utanmazcasına öz davranışındakı digər limitləri aşır. Biz isə onların bu addımlarına göz yumuruq. Bu, davam edə bilməz.”

Keçən həftə prezident Donald Tramp İranın nüvə sazişinə riayət etdiyini təsdiq etmədiyini bildirdi. Bu isə Konqresə Tehrana qarşı tətbiqi dayandırılmış birtərəfli sanksiyaların yenidən qüvvəyə mindirmək imkanı yaradır.

Dünyaya Baxış

Dünyaya Baxış. Qadın hüquqları fəalı azyaşlının zorlanmasına etiraz edib
please wait

No media source currently available

0:00 0:10:01 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG