Accessibility links

BMT: Krımda Rusiyanın işğalı altında insan haqlarının durumu kəskin pisləşib


BMT-nin yeni hesabatında Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını işğal etməsindən sonra Krımda insan haqlarının durumunun kəskin pisləşdiyi göstərilir.

Rusiyanın işğal etdiyi Krımla bağlı indiyə qədər ən ətraflı hesabatda BMT-nin İnsan Haqları ofisi 2014-cü ilin fevralından 2017-ci ilin sentyabr ayına qədər insan haqları sahəsində ciddi pozuntular barədə məlumat verir. Sənəddə Rusiyanın işğalçı qüvvə kimi beynəlxalq humanitar və insan haqlarına dair qanunları pozduğu göstərilir. Ekspertlər Krım tatarlarının Rusiyanın işğalından daha çox əziyyət çəkdiyini qeyd edib.

Hesabatda deyilir ki, özbaşına həbslər və saxlanmalar, insanların yoxa çıxması, işgəncə və pis rəftar da daxil olmaqla, bu pozuntuların əsas hissəsində təhlükəsizlik qüvvələrinin üzvləri və Krımın özünü-müdafiə qüvvələriiştirak edib. Sənəddə bu halların araşdırılmadığı bildirilir.

BMT-nin hesabatında törədilmiş cinayətlərə görə heç kəsin məsuliyyət daşımadığı, buna görə də cəzasızlıq mühitinin davam etdiyi qeyd edilir. Ukraynada insan haqlarını monitorinq missiyanın rəhbəri Fiona Freyzer deyib ki, Krımda Rusiya Federasiyasının rəsmiləri tərəfindən fərqi düşüncə və tənqidə tolerant münasibət göstərilmir.

Krımın minlərlə sakini Rusiya idarəçiliyi altında yaşamaqdan imtina edib və Ukrayna ərazisinə qaçıb. Hesabatda deyilir ki, yarımadada yaşayan və Rusiya idarəçiliyini qəbul etməyən on minlərlə insan ağır çətinliklərlə üzləşir.

Hesabatda bu insanların işlə və səhiyyə xidmətləri ilə təmin olunmasının qarşısının alındığı deyilir. Sənəddə bu insanların mülkiyyət və siyasi hüquqlardan məhrum edildiyi qeyd edilir. Bəzi hallarda hətta Ukrayna vətəndaşlarının da öz yerlərindən deportasiya edildiyi bildirilir.

BMT-nin müşahidəçiləri vətəndaşların işğal edilmiş ərazilərdən deportasiya edilməsinin beynəlxalq humanitar qanuna zidd olduğunu qeyd edir.

XS
SM
MD
LG