Accessibility links

BMT: Liviyada döyüşlər başlayandan 120 nəfər həyatını itirib


BMT-nin səhiyyə agentliyinin bazar günü verdiyi məlumata görə, Liviyada hərbi komandirin 10 gün bundan əvvəl paytaxt Tripoliyə hücuma başlamasından bəri 120 nəfər həyatını itirib.

Ümumdünya Səhiyyə Təşkilatı döyüşlər nəticəsində 121 nəfərin öldürüldüyü, 561 nəfərin isə yaralandığını bildirib. Təşkilat ölən və yaralananların döyüşçülər, ya da mülki vətəndaşlar olduğunu qeyd etməyib.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisindən bildirilib ki, hərbi əməliyyatlar 13 min 500-dən artıq insanın yerlərini tərk etməsinə səbəb olub, çox sayda insan isə şiddətli döyüşlərin getdiyi yerlərdə ilişib qalıb.

Ayn Zara qəsəbəsində məktəb bomba hücumu nəticəsində dağılıb, 13 aprel, 2019.
Ayn Zara qəsəbəsində məktəb bomba hücumu nəticəsində dağılıb, 13 aprel, 2019.

BMT-nin xüsusi nümayəndəsi Qassam Salame Tripolinin 15 kilometrliyində yerləşən Ayn Zara qəsəbəsində məktəbin bombalandığını deyib, lakin buna görə kimin məsuliyyət daşıdığını bildirməyib. Hər iki tərəf qəsəbədə hava hücumarı keçirir. Liviya Milli Ordusunun sözçüsünün bildirildiyinə görə, ordu son iki gündə hava hücumlarını intensivləşdirib.

General Xəlifə Haftarın başçılığı ilə Liviya Milli Ordusunun aprel ayının 5-də gözlənilmədən Tripoliyə hücum etməsi BMT tərəfindən dəstəklənən rəqib qüvvələr arasında hərbi toqquşmalara yol açıb.

Liviya generalı Xəlifə Haftar Misir prezidenti Əbdül Fəttah Əl-Sissi ilə Qahirədə görüş zamanı, 14 aprel, 2019.
Liviya generalı Xəlifə Haftar Misir prezidenti Əbdül Fəttah Əl-Sissi ilə Qahirədə görüş zamanı, 14 aprel, 2019.

Haftar 2011-ci ildə Liviyada uzun müddət hakimiyyətdə olmuş diktator Müəmmar Qəzzafiyə qarşı üsyandan sonra ölkədəki qarışıqlığa son qoymağa söz verib. General bundan əvvəl Liviyanın şərqində islamçı militantlar və başqa elementlərə qarşı hərbi əməliyyatlara başçılıq edib və Birləşmiş Ərəb Əmirlikləri, Misir, Rusiya və Fransa tərəfindən dəstək alıb.

Misir prezidenti Əbdül Fəttah Əl-Sissi bazar günü Qahirədə Xəlifə Haftarla görüşüb. Misir prezidentinin ofisindən bundan əlavə detallar açıqlanmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG