Accessibility links

BMT məhkəməsi Həririnin öldürülməsində bir nəfəri məhkum edib


BMT-nin dəstəklədiyi tribunaldakı hakimlər 2005-ci ildə Livanın baş naziri Rəfiq Həriri və onun müşayiət edən 21 nəfərin Beyrutda ölümünə səbəb olan bomba partlayışında günahlandırılan dörd nəfərin məhkəməsində hökm çıxarıb.

Dörd nəfər şübhəli Hizbullah üzvləridir.

Məhkəmə heyəti bildirib ki, hakimlər Suriya və Hizbullahın "Həririni aradan götürmək" üçün motivlərinin ola bildiyini aşkar etsə də, Haririnin sui-qəsdində iştiraklarına dair hər hansı bir dəlil yoxdur.

Suriya və Hizbullah mühakimə olunmurdu, lakin sui-qəsdin ardından bütün dəlillər Dəməşqə işarə edirdi və ölkə boyu kütləvi etirazlar Suriya hərbi qüvvələrinin Livandan çıxmasına səbəb oldu.

Məhkəmə hakimləri partlayışın intiharçı tərəfindən törədildiyinə dair əsaslı bir şübhə olmadığını, lakin onun şəxsiyyətini müəyyənləşdirməyin mümkün olmadığını qeyd edib.

Livan hökumətinin Birləşmiş Millətlər Təşkilatına göndərdiyi müraciətdən sonra BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə 2007-ci ildə Livan üzrə Xüsusi Məhkəmə (STL) yaradıldı.

Məhkəmədə 297 şahid iştirak edib və 3000 dəlil işə cəlb olunub.

Prokurorlar şəxslərin bir neçə həftə Həririni izlədikləri, hücum təşkil etdikləri və həqiqi sui-qəsdçiləri qoruyaraq gizlətdiklərinə dair nəzəriyyətini sübut etmək üçün əsasən müttəhimlərin telefon danışıqlarına əsaslanan texniki dəlilər təqdim edib. .

Müdafiə tərəfi gəritilən dəlilərin şərti, məlumatların isə etibarsız olduğunu iddia edib.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG