Accessibility links

BMT Məhkəməsində Ermənistanın Azərbaycana qarşı iddiasına baxılır


Haaqa Daimi Arbitraj məhkəməsi
Haaqa Daimi Arbitraj məhkəməsi

Ermənistan oktyabrın 14-də Haaqada Beynəlxalq Ədalət Məhkəməsinə Azərbaycanın ermənilərə qarşı etnik zəmində nifrəti təbliğ etdiyini bildirib. Ermənistan məhkəmədən zorakılıq və nifrəti dayandırmaq üçün tədbirlər görməsini istəyib.

Ermənistanın nümayəndəsi Yeqişe Kirakosyan bu ittihamları Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycanın etnik ayrı-seçkiliyin ləğvi ilə bağlı beynəlxalq konvensiyanı pozmaması üçün təcili tədbirlər görülməsinə dair müraciəti əsasında keçirilən dinləmələr zamanı açılış nitqində irəli sürüb.

Azərbaycanın rədd etdiyi bu ittihamlar Ermənistanın sentyabr ayında Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddianın bir hissəsidir. Sənəddə iddia edilir ki, Azərbaycan həm Azərbaycan, həm də Ermənistan tərəfindən imzalanan İrqi Ayrıseçkiliyin Bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanı pozur.

İddia ictimaiyyətə açıqlandıqdan sonra Azərbaycan Ermənistanı ayrı-seçkiliyə qarşı müqaviləni pozmaqda günahlandıraraq, cavab iddiası qaldırıb. Azərbaycan da məhkəmədən işə baxılarkən təcili müdafiə tədbirləri görməsini istəyib. Azərbaycanın iddiaları üzrə dinləmələrin oktyabrın 25-də keçiriləcəyi gözlənilir.

Rəsmi olaraq Beynəlxalq Ədalət Məhkəməsi kimi tanınan məhkəmə ölkələr arasında mübahisələri həll etmək üçün BMT məhkəməsidir.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.

XS
SM
MD
LG