Accessibility links

BMT: Mərkəzi Amerikadan zorakılıq səbəbi ilə qaçanların sayı kəskin dərəcədə artıb


BMT-nin qaçqınlar agentliyinin bildirdiyinə görə, Honduras, Qvatemala və Salvadordan zorakılıq və təqiblər səbəbi ilə qaçanların sayı kəskin dərəcədə artıb.

Agentlik 294 mindən artıq qaçqının sığınacaq ücün müraciət etdiyini və bu göstəricinin 2017-ci illə müqayisədə 58 faiz artdığını bildirib.

Onların əksəriyyəti Beliz, Meksika və ABŞ-a sığınıb. Son zamanlar Kosta-Rika və Panamaya üz tutanların da sayı artıb.

Agentliyin sözçüsü Aikaterini Kitidinin bildirdiyinə görə, qaçqınların çoxu qadın və uşaqlardan ibarətdir.

“Biz qaçqın müdafiəsinə dair müraciətlər alırıq. Kriminal cinayətkarların məcburi şəkildə sıralarına cəlb etməyə çalışdığı və qətllərdən qaçan uşaqların sayı artmaqdadır" - deyə, o bildirib.

Tramp administrasiyası qanunsuz şəkildə Amerikaya gətirilən uşaqların valideynlərindən alınacağını bildirib.

Kitidi deyib ki, hökumətlərin siyasəti uşaqlar və icmaların marağına xidmət etməlidir.

XS
SM
MD
LG