Accessibility links

BMT Mozambikə 13 milyon dollarlıq vəsait ayırıb


Uzun müddətdir yağışların yaratdığı daşqınlardan əziyyət çəkən Mozambikə Kennet siklonu daha çox yağış gətirə bilər.

Yağış artıq daşqınlara və sürüşmələrə səbəb olub. Yağışın artması qida və dərman da daxil olmaqla, təcili lazım olan təchizatları nəql etmək üçün yardım qruplarının istifadə etdiyi yolların kəsilməsinə səbəb olub.

Şimaldakı Pemba şəhərində 200 mindən çox adam təhlükədədir.

Mozambik Milli Fəlakətlərin İdarəedilməsi İnstitutu bazar günü 23 mindən çox insana sığınacaq verdiyini və təxminən 35 min insanın evinin qismən və ya tamamilə dağıldığını deyib.

BMT bazar günü tropik Kennet siklonunun təsirinə məruz qalan insanlara ərzaq, sığınacaq, sağlamlıq, su və sanitariya yardımı ilə təmin etmək üçün 13 milyon dollar maliyyə yardımı ayırıb.

XS
SM
MD
LG