Accessibility links

BMT Mursinin ölümü ilə bağlı təhqiqata çağırır


Arxiv fotosu - Misirin keçmiş prezidenti Məhəmməd Mursi Qahirədə məhkəmə zalında, 8 may, 2014.

BMT-nin insan hüquqları ofisi Misirin keçmiş prezidenti Məhəmməd Mursinin bazar ertəsi casusluqda ittiham edildiyi məhkəmə prosesi zamanı qəfil ölümü ilə bağlı təxirə salınmadan qərəzsiz və şəffaf təhqiqat aparmağa çağırıb.

Misirin ilk demokratik yolla seçilmiş sabiq prezidenti Məhəmməd Mursi bazar ertəsi Qahirədə məhkəmədə danışandan sonra yıxılıb. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarının ofisinin sözçüsü Rubert Kolville deyib ki, Mursinin ölümünün dəqiq səbəbi hələlik aydın deyil.

Lakin onun sözlərinə görə, beynəlxalq humanitar qanunda açıq şəkildə göstərilir ki, həbsdə qəfil ölüm halının ardınca ölümün səbəbləri ilə bağlı ətraflı və müstəqil təhqiqat aparılmalıdır. O, eyni zamanda, Amerikanın Səsinə bildirib ki, Mursinin durumuna görə məsuliyyət daşıyan dövlət bu təhqiqatı aparmamalıdır.

“Cənab Mursinin işində biz inanırıq ki, təhqiqat əhatəli olmalıdır, çünki ona həbsdə olduğu altı il müddətində adekvat tibbi yardım göstərilməyib. Ona həmçinin vəkilləri və ailə üzvləri ilə kifayət qədər görüşmək imkanı da verliməyib”, sözçü bildirib.

Kolvell daha sonra deyib ki, təhqiqat Mursinin ölümünə onun saxlanma şəraitinin səbəb olub-olmadığının müəyyənləşdirilməsi üçün işin bütün aspektlərini əhatə etməlidir. Misir rəsmiləri Məhəmməd Mursinin infarkt səbəbi ilə öldüyünü bildirir.

Sabiq prezident vəfat etdikdən bir gün sonra çərşənbə axşamı dəfn edilib. Ailəsinin onun dəfn mərasimində iştirakına icazə verilsə də, onlara tibbi ekspertizanın nəticələri ilə tanış olmaq imkanı verilməyib. Kolvill tibbi ekspertizanın aparılıb-aprılmadığına da tam əmin olmadığını deyib.

Hakimiyyətdə olduqdan bir il sonra devrilmiş Məhəmməd Mursinin diabet xəstəsi olduğu və qara ciyəri və böyrəklərində problemlərdən əziyyət çəkdiyi bildirilir. Kolvill bildirib ki, həbsxanlarda məhbuslarla humanitar rəftara görə dövlət məsuliyyət daşıyır.

O deyib ki, göründüyü kimi, Mursiyə əziyyət çəkdiyi xəstəliklərlə əlaqədar lazım olduğu tibbi yardım gsötərilməyib. Kolvillin sözlərinə görə, bu, onun ölümündə bir faktor ola bildiyi üçün məsələnin təhqiq edilməsinə ehtiyac var.

XS
SM
MD
LG