Accessibility links

BMT: Myanma generalları Rohinca müsəlmanlarının soyqırımında günahkardır


Birləşmiş Millətlər Təşkilatının fakt araşdırma missiyası Myanmanın yüksək səviyyəli liderlərinin Rakxayn ştatında Rohinca müsəlman azlığına qarşı soyqırım törədilməsi və Kaçin və Şan ştatlarında insanlığa qarşı cinayətlərə görə istintaq və mühakimə olunması üçün Beynəlxalq Cinayət Məhkəməsinə verilməsinə çağırır.

Bir il əvvəl 700 mindən çox Rohinca qaçqını Banqladeşə kütləvi şəkildə köçürülüb.

400 səhifəlik bu yeni hesabat, Myanmada ölkənin etnik azlıqlarına qarşı hakimiyyətin əmri ilə törədilən əməllərin miqyası və qəddarlığı haqqında ətraflı məlumat verir. Hesabatda beynəlxalq qanunla ən ağır cinayət hesab edilən əməllərdə generallar günahlandırılır.

Myanma üzrə üç nəfərdən ibarət Müstəqil Beynəlxalq Fakt-Araşdırıcı Missiya bir il əvvəl 700 mindən çox Rohinca qaçqınının Banqladeşə kütləvi şəkildə köçürülməsinə səbəb olan soyqırımın əvvəlcədən planlaşdırıldığını bildlirib.

BMT-nin missiyası presedenti olmayan addım ataraq, bu cinayətləri planlaşdırılması və icrasına görə əsas məsuliyyət daşıyan altı yüksək rütbəli generalın adlarını açıqlayıb.

Müstəntiq Kristofer Sidotinin sözlərinə görə, missiya istintaq aparmaq və beynəlxalq məhkəmə qarşısında mühakimə aparılmasına tövsiyə etmək üçün soyqırım cinayətləri elementlərinə dair kifayət qədər dəlil əldə edib. O deyib ki, Myanmada yüksək komandirlərin əmri və nəzarət var. "Əminəm ki, orada baş verənlər yüksək rütbəli komandirlərin xəbəri olmadan baş verə bilməzdi. Bu səbəblə Myanmada əmrləri verən bu altı komandirin istintaqının aparılması və mühakimə edilmləsini tövsiyə etdik", deyə o bildirib.

Hesabatda bildirilir ki, mülki hakimiyyət orqanlarının hərbi əməliyyatlara nəzarət etmək gücü çox azdır. Lakin mülki rəsmiləri törədilən vəhşiliklərə əhəmiyyət verməməklə bu cinayətlərə yol verməkdə günahlandırır. Hesabatda həmçinin siyasətçi olmuş-insan hüquqları fəalı Aunq San Su Çi öz mövqeyindən Rakxayn ştatında baş verən hadisələrin qarşısını almaq üçün istifadə etmədiyi üçün tənqid edilir.

Hökumət missiyanın Buddistlərin əksəriyyət təşkil etdiyi Myanmaya gəlişinə icazə verməyib. Beləliklə, missiya dəlilləri 875 qurban və şahidin ifaədləri, peyk görüntüləri, sənədlər, fotoşəkillər və video görüntülər vasitəsilə əldə edib.

Missiya hesabatın bir nüsxəsini Myanma hökümətinə göndərib, lakin hələlik cavab almayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG