Accessibility links

BMT-nin baş katibi rohincalılara qarşı zorakılığı etnik təmizləmə adlandırıb


BMT-nin baş katibi Antonio Quterres Myanmanın Rohinca müsəlmanları icmasının yüz minlərlə üzvünün yaşadıqları yerdən məcburi köçməsini etnik təmizləmə adlandırıb.

Quterres Myanma rəsmilərini rohincalılara qarşı zorakılıq və pis rəftara son qoymaq üçün daha aktiv səy göstərməyə çağırıb. Rohinca müsəlmanlarının çoxu bu zorakılıqlar nəticəsində Banqladeşə qaçıb.

Rohincalılara qarşı zorakılığın qarşısını almadığı üçün tənqidlərlə üzləşən Myanmanın de-fakto lideri Aunq San Suu Kyi ölkəsindəki böhranla məşğul olmaq üçün gələn həftə BMT-in Nyu-Yorkda keçiriləcək Baş Assambleya görüşündə iştirak etmək planlarını təxirə salıb.

Baş Assambleyanın növbəti günlər və aylarda keçiriləcək iki xüsusi iclası zamanı Myanmadakı vəziyyətin müzakirə olunacağı gözlənilir.

XS
SM
MD
LG