Accessibility links

BMT nümayəndəsi Yəməndədir


BMT nümayəndəsi Martin Qriffits Yəməndə sülh danışıqlarına hazırlıqlar görür.
Onun İranın dəstəkləsidi Husi rəsmiləri ilə paytaxt Sanada görüşü planlaşdırılıb.

Sülh müzakirələri sentyabr ayında İsveçrədə Husi nümayəndələrinin görüşə qatılmadığı səbəbindən baş tutmamışdı.

Yəmən qiyamçılarının yüksək səviyyəli rəsmiləri hökümətdən BMT-nin sülh danışıqları vaxtında Səudiyyə Ərəbistanından raket hücumlarını dayandırmasını tələb edib.

Yəmənin ordu rəsmiləri İranın dəstəklədiyi Husi qiyamçılarını şəhərin şərq hissəsinə hücum etməkdə günahlandırır. Hökümət tərəfdarı qüvvələr bu hücumlara cavab verib və Səudiyyənin liderliyində olan koalisiyanın döyüş təyyarələri hava hücumlarına başlayıb.

Husilər 2014-cü ildə paytaxtı ələ keçirərək, hökuməti Səudiyyə Ərəbistanına sığınmağa məcbur edib. Bundan sonra qrup Aden liman şhərində kök salıb. Bu liman şəhəri ərzaq, yanacaq və aclıq çəkən xalq üçün humanitar yardımların əsas yolu hesab edilir.

Səudiyyə Ərəbistanı İranı üsyançıları silahla təmin etməkdə günahlandırır.

Husi qiyamçıları deyib ki, əgər səudiyyəlilər onları həqiqi sülh istəyinə inandıra bilsə, onlar BMT-nin istədiyi atəşkəsi bərpa etməyə hazırdılar.

Tramp administrasiyası da Yəməndə atəşkəsin bərpasını tələb edən Qərb müttəfiqlərinə qoşulub. ABŞ həmçinin Yəmənə hücum edən koalisiya təyyarələrinə yanacaq doldurma xidmətini də dayandırıb.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG