Birləşmiş Millətlər Təşkilatının sözçüsü deyir ki, agentliyin 5 əfqan işçisi itkin düşüb. Sözçü Dən MakNorton məlumatı bu gün açıqlasa da detallara varmayıb. Bununla yanaşı, bəzi məlumatlara görə, onlar itkin düşən zaman Əfqanıstanın Bağlan vilayətində olublar. Dünən Bağlan vilayətində Almaniya hərbi qüvvələrinə məxsus nəzarət məntəqsinə raket hücumu nəticəsində 4 alman əsgər həlak olub, 5 nəfər isə xəsarət alıb. Bundan başqa, vilayət qubernatoru deyib ki,Qəndəhar şəhərində xaricilərin qonaq evində baş vermiş partlayış nəticəsində 3 nəfər öldürülüb. Daha əvvəl hadisə zamanı 6 nəfərin öldüyü bildirilir. Qubernator Torilay Vesa deyib ki, öldürülənlərin hamısı əfqanlardır.
İtkin düşən zaman onlar Bağlan vilayətində olublar