Accessibility links

BMT-nin bütün dünyada Nüvə Silahlarının Qadağan Edilməsinə dair müqaviləsi ratifikasiya edilib


BMT Baş katibi Antonio Guterreş
BMT Baş katibi Antonio Guterreş

BMT-nin bildirdiyinə görə, nüvə silahlarının qadağan edilməsinə dair beynəlxalq müqavilə Birləşmiş Millətlər Təşkilatına üzv olan 50 ölkə tərəfindən ratifikasiya edilib.

Hondurasın müqaviləni təsdiqləyən 50-ci ölkə olması ilə tarixi sənəd 90 gündən sonra yanvarın 22-də qüvvəyə minir.

BMT Baş katibi Antonio Guterreş açıqladığı bəyanatda 50 ölkənin və vətəndaş cəmiyyətlərinin nüvə əleyhdarı fəallarının səylərinə yüksək qiymət verib.

Bu müqavilə "nüvə silahından istifadənin fəlakətli humanitar nəticələrinə diqqət çəkmək üçün dünya miqyasında bir hərəkatın zirvəsidir” - Guterreşin sözçüsü Stefan Dujarrik tərəfindən açıqlanan bəyanatda deyilir. “Bu, çoxu bu müqavilənin lehinə olan nüvə partlayışları və sınaqlarında sağ qalanlara bir ehtiramdır", BMT baş katibi əlavə edib.

Hərəkat ABŞ və digər böyük nüvə güdrətləri tərəfindən kəskin müqavimətlə qarşılanmışdı.

"Müqavilə, BMT-nin silahsızlaşdırılma sahəsində ən yüksək prioriteti olaraq qalan nüvə silahlarının tamamilə ləğvi istiqamətində ciddi öhdəliyi əks etdirir", bəyanatda deyilir.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti müqavilənin təsdiqini alqışlayaraq, verdiyi bəyanatda bildirib ki, "bu gün bəşəriyyət üçün bir qələbədir və daha etibarlı bir gələcəyə dair vəddir".

Avqust ayında Naqasaki və Hiroşimaya nüvə hücumlarının 75-ci ildönümünün tamam olmasından bəri Nigeriya, Malayziya, İrlandiya, Malta və Tuvalu da daxil olmaqla bir neçə ölkə müqaviləni ratifikasiya edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG