Accessibility links

BMT-nin Baş Assambleyası Krımın militarizasiyası ilə bağlı Kiyevin qətnaməsini qəbul edib


Nyu -Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası Ukraynanın təklif etdiyi "Krımın, Qara dəniz və Azov dənizi bölgələrinin Rusiya tərəfindən militarizasiyası" mövzusunda qətnaməni qəbul edib. BMT-yə üzv ölkələrin 66-sı qətnaməni qəbul edib, 19-u rədd edib, 72-si isə bitərəf qalıblar.

Qətnamədə Rusiya hərbi qüvvələrinin Rusiyanın ilhaq etmiş Krımda mövcudluğunun Ukraynanın milli suverenliyinə, siyasi müstəqilliyinə və ərazi bütövlüyünə zidd olduğu qeyd olunub. BMT-nin Baş Assambleyası "Krımın Rusiya Federasiyası tərəfindən işğalçı dövlət olaraq tədricən militarizasiyası" ilə bağlı ciddi narahatlıq ifadə edib. Bununla nüvə uçuş vasitələri və raketlər, silahlar, hərbi sursat və hərbi personal da daxil olmaqla, silah sistemlərinin təchizatı nəzərdə tutulur.

Baş Assambleya Rusiyanın Qara dəniz və Azov dənizi hövzələri, eləcə də Kerç körfəzində “hərbi mövcudluğunun artmasını” və Moskva tərəfindən regionda beynəlxalq gəmiçiliyə məhdudiyyətləri qınayır.

Bundan başqa, sənəddə Kerç körfəzi üzərindən keçən körpünün “tikilişi və açılışı” pislənir.

Noyabrın 25-ində Rusiya sərhədçiləri ilhaq olunmuş Krım sahillərində 3 Ukrayna hərbi dəniz gəmisini atəşə tutaraq ələ keçirib. Göyərtədə ümumilikdə 24 ukrayna dənizçisi olub. Rusiya məhkəməsi onları sərhədi qanunsuz keçməkdə təqsirli bilərək iki ay müddətinə həbs edib. Onlar 6 ilədək azadlıqdan məhrum oluna bilərlər. Rusiya və Ukrayna bir-birini provokasiyada günahlandırır. Qərb ölkələri Rusiyadan dənizçiləri azad etməyi tələb edir.

Rusiya 2014-cü ildə Krımı ilhaq edib. Ukrayna, Avropa İttifaqı ölkələri və ABŞ Ukraynanın bu ərazisini işğal olunmuş ərazi kimi tanıyır.

XS
SM
MD
LG