BMT-nin Baş Assambleyası 5 ölkənin əleyhinə olmasına baxmayaraq, miqrasiya təhlükəsizliyi və nizamına dair qərar qəbul edib.
Miqrasiya üçün Qlobal Kompakt hüquqi cəhətdən məcburi olmasa da,bu, miqrasiya ilə bağlı ilk beynəlxalq sənəddir.
Bu sənəd 152-5 səslə təsdiq edilib. Miqrasiya əleyhinə olan İsrail, Çex Respublikası və Polşa mənfi səs verənlər arasındadır. 12 üzv ölkə bitərəf qalıb.
Sənədə daha əvvəl 154 ölkənin Mərakeş konfransı zamanı təsdiq etdikləri bəyannamədən daha az dəstək verilib.
BMT-nin miqrasiya paktı iki il öncə 193 üzvün hamısının razılaşdırdığı daha geniş bir plan nəticəsində əldə olunub. Məqsəd miqrasiyanı daha insani və nizamlı etməkdir. 2 il öncə xəbərlərdə Avropaya keçməyə çalışan qaçqın və miqrantların Aralıq və Egey dənizlərində həlak olduğu daha böyük yer alırdı.
BMT-nin baş katibi Antonio Quterres bildirib ki, miqrasiya məsələsi daha yaxşı idarə edilməli və təhlükəsiz olmalıdır. Quterres deyib ki, sənədin milli suverenliyi pozacağı və insanların istədikləri yerə miqrasiya edə biləcəklərinə dair qorxulara səbəb olduğu yanlışlıqdır.
Qlobal saziş ən adi xidmətlərə çıxış, insan qaçmalçılığına qarşı mübarizə, diskriminasiyanın aradan qaldırılması, yaşayış və iş yerləri ilə təminat, deportasiya edilənlərin təhlükəsiz şəkildə vətənlərinə qaytarılması kimi 23 maddəni nəzərdə tutur.
Hazırlığı iki ilə çəkən sənəddən ilk öncə ABŞ geri çəkilib.
O zaman ABŞ dövlət katibi vəzifəsində çalışan Reks Tillerson deyib ki, Amerika miqrasiya sahəsində beynəlxalq əməkdaşlığa dəstək verir, lakin suveren dövlətlər miqrasiyanın təhlükəsiz, nizamlı və qanuni şəkildə həyata keçirilməsinin məsuliyyətini daşıyır.
Macarıstan və Avstriya razılaşmadan geri çəkilən ilk ölkələrdən olub. Macarıstan Serbiya və Xorvatiya ilə sərhədinə hasar çəkib. Bu ölkə 2015-ci ildə Qərbi Avropaya yol almış qaçqın və miqrantlar üçün tranzit ölkəyə çevrilmişdi.
Bunun ardınca Avstraliya, Avstriya, Latviya, Polşa və Dominikan Respublikası eyni addımı atıb.