Accessibility links

BMT-nin baş katibi: Dünya koronavirusa qarşı mübarizədə əməkdaşlıq etməlidir


Antonio Quterreş
Antonio Quterreş

BMT-nin baş katibi deyir ki, dünya ölkələri COVID-19-a qarşı mübarizədə əməkdaşlıq etməlidirlər. “Əks təqdirdə virus bizi məğlub edəcək,” o bildirib.

Antonio Quterreş cümə günü PBS kanalının News Hour verilişində virusun Afrikada yayılması nəticəsində milyonlarla insanın öləcəyindən “narahat olduğunu” söyləyib. “Afrika qitəsinin virusa qarşı mübarizə imkanları azdır və mən çox narahatam,” o deyib.

BMT cümə günü 86 işçisinin koronavirusa yoluxduğunu elan edib.

Birləşmiş Ştatlar artıq Çində yayılmağa başlayan epidemiyanın episentrinə çevrilib

Cons Hopkins Koronavirus Resurs Mərkəzinin şənbə gününə olan məlumatına görə, ABŞ-da 104.837 yoluxma halı qeydə alınıb. Çində isə bu rəqəm 81.947-dir. Avropada virusun episentri olan İtaliyada 86.498 nəfər virusa yoluxub. Dünya boyu yoluxma halları 601.478-ə çatıb.

Britaniyanın tibbi jurnalı Lancet-də bildirilir ki, Milli Səhiyyə Xidməti (NHS) koronavirus epidemiyasına “tamamilə hazırlıqsız” idi, "bunun səbəbini anlamaq isə çox çətindir."

Lancet-in redaktoru Riçard Horton deyib ki, NHS rəsmiləri yanvar ayında Lancet-də yazı dərc edib və həmin yazıda virusun qlobal epidemiya ola biləcəyini və Çin və dünyada sağlamlığın qorunması üçün hazırlıq planlarının hazırlanmalı olduğunu bildirib ki, buna dərman vasitələrinin, qoruyucu avadanlıqların, xəstəxana təchizatlarının hazırlanması daxildir.

Cons Hopkinsin məlumatına görə, Britaniyada 14.751 yoluxma halı qeydə alınıb.

ABŞ müdafiə nazirliyinin bildirdiyinə görə, prezident Donald Tramp Milli Qvardiyanı COVID-19-a qarşı mübarizəyə qoşmağa hazırdır.

Tramp cümə günü koronavirus nəticəsində ziyana uğrayan iqtisadiyyatı canlandırmaq üçün 2.2 triyon dollarlıq yardım paketi imzalayıb.

Bundan əlavə Tramp cümə günü Müdafiə İstehsalı Aktı çərçivəsindəki
səlahiyyətlərindən istifadə edərək General Motors şirkətinə COVID-19 pasientlərinə yardım etmək üçün ventilyatorlar istehsal etməsinə dair göstəriş verib.

“GM vaxt itirirdi. Bu gün onlara verdiyim göstəriş nəticəsində amerikalıların həyatlarını qorumaq üçün ventilyatorların sürətli istehsalı təmin olunacaq," o deyib.

GM isə bəyanat yayaraq ötən həftədən bəri koronavirus pandemiyası ilə mübarizədə kritik rol oynayan ventilyatorları kütləvi istehsal etmək üçün Ventec Life System şirtkəri ilə əməkdaşlıq etdiyini bildirib.

XS
SM
MD
LG