Accessibility links

BMT-nin Baş Assambleyasının 65-ci sessiyası açıq elan edilib


BMT-nin baş katibi Ban Ki Mun Baş Assambleyanın 65-ci sessiyasını açıq elan edib. Cənab Mun dünya ölkələrini dünyada rifah halının yaxşılaşdırılması və nüvə silahlarından azad bir dünya yaradılması naminə birgə çalışmağa səsləyib

BMT-nin baş katibi Ban Ki Mun Baş Assambleyanın 65-ci sessiyasını açıq elan edib. Cənab Mun dünya ölkələrini dünyada rifah halının yaxşılaşdırılması və nüvə silahlarından azad bir dünya yaradılması naminə birgə çalışmağa səsləyib. Bu gün Nyu-Yorkda 192 ölkənin dövlət başçısı və nümayəndə heyətləri qarşısında çıxış edən baş katib hazırda dünyada qütbləşmə siyasətinin, xalqlar arasında parçalanma yaratmaq üçün nifrətin yayıldığını deyib. Ban Ki Mun bildirib ki, BMT-nin fəaliyyətlərinin əsasını insan hüquqlarının müdafiəsi təşkil edir. O, heç bir dövlətin xalqının hüquqlarını pozmaq haqqına malik olmadığını bildirib. BMT-nin Baş Assambleyanın 65-ci sessiyasında ABŞ və İran prezidentləri Barak Obama və Mahmud Əhmidinejadın çıxışı gözlənilir.

XS
SM
MD
LG