Accessibility links

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı İranın etirazları dağıtmasını qınayır


BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçelet İran təhlükəsizlik qüvvələrinin Xuzistan vilayətində xronik su qıtlığını həll etməyi tələb edən etirazçıları təqib etməsini qınayıb.

Ötən həftə İranın cənub-qərbində Xuzistan regionundakı bir neçə şəhərdə su qıtlığına və yanlış idarəçiliyə qarşı dinc etirazlar keçirilib. İranın təhlükəsizlik qüvvələri uzun zamandır davam edən su böhranın həll etmək əvəzinə etirazları amansızca dağıdıblar.

BMT-nin insan haqları idarəsinin rəhbəri Mişel Baçelet İran hökumətini problemi həll etmək üçün dərhal tədbir görməyə çağırır. O, debatı dayandırmaq və əhalini nəzarətdə saxlamaq üçün ifrat gücdən istifadə etmək əvəzinə tədbir görməyə çağırır.

Onun sözçüsü Marta Hurtado Amerikanın Səsinə bildirib ki, Xuzistan əhalisinin legitim tələbləri var. O deyir ki, onların bu tələblərini ifadə etmələrinin və hökumətin diqqətini çəkməyin yegan yolu etirazlardır.

İndiyə qədər bir uşaq daxil olmaqla azı dörd nəfərin öldüyü bildirilir. Müşahidəçilər ölənlərin sayının daha yüksək olduğunu güman edir, çünki etirazlar ötən həftə Xuzistanda azı 20 böyük şəhərə yayılıb. Daha sonra dəstək məqsədilə İranın digər hissələrindən, o cümlədən paytaxt Tehranda və Lorestan vilayətində də etirazlar keçirilib.

5 milyon əhalisi olan Xuzistan bir zamanlar ölkənin əsas və ən etibarlı su mənbəyi idi. Lakin Hurtado deyir ki, illərdir davam edən yanlış idarəetmə, o cümlədən suyun ölkənin başqa hissələrinə yönləndirilməsi və ölkə boyu baş verən quraqlıqlar səbəbindən regionun dəyərli ehtiyatları tükənib.

“Buna görə də, Ali Komissar vəziyyəti faciəvi olaraq dəyərləndirib, çünki bu bir gecədə baş verən bir şey deyil. Bu uzun illərdir baş verir və rəsmilər hələ də məsələni həll edə bilməyib. Ona görə də biz rəsmiləri baş verənləri dərk edib, həll etməyə çağırırıq,” Hurtado deyib.

Ali Komissar Baçelet deyir ki, yanaşmanı dəyişmək üçün heç vaxt gec deyil. O, İran rəsmilərini təhlükəsizlik qüvvələrinə gücdən istifadə ilə bağlı beynəlxalq standartlara əməl etmələrinə dair göstəriş verməyə çağırır. Bundan sonra isə, onun sözlərinə görə, hökumət su böhranını yüngülləşdirmək və uzun-müddətli və davamlı siyasət yürütmək üçün dərhal addımlar atmalıdır.

İran rəsmiləri hələ ki, çağırışlara cavab verməyiblər.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG