Accessibility links

BMT-nin İnsan Haqları üzrə rəhbəri Venesuela böhranı ilə bağlı danışıqlara çağırır


BMT-nin İnsan Haqları üzrə ali komissarı Mişel Baçelet Venesuelada gərginliyin azaldılması üçün danışıqların aparılmasına çağırıb.

Baçelet həmçinin Venesuela təhlükəsizlik xidmətinin 20 nəfəri öldürməsi və 350-dən çox insanı həbs etməsi ilə bağlı məlumatlarla bağlı müstəqil araşdırmanın aparılmalı olduğunu bildirib.

ABŞ prezidenti Donald Tramp Cənubi Amerika ölkəsindəki demokratiyaya dinc keçidin olmadığı halda bütün variantların masa üzərində olduğu barədə Maduroya xəbərdarlıq edib.

Trampın bəyanatı ABŞ-ın Milli Assambleya prezidenti Xuan Quaydonu rəsmən Venesuelanın müvəqqəti prezidenti kimi tanığını bəyan etməsindən sonra Maduronun ABŞ-la bütün əlaqələrin kəsdiyini bildirdiyi çıxışından bir gün sonraya təsadüf edib. Quaydo artıq Maduro hakimiyyətindən sonrakı keçid planını hazırlayır.

Xuan Quaydo, Venesuela müxalifət lideri özünü müvəqqəti prezident elan edir, Karakas, Venesuela, 23 yanlar 2019-cu il.
Xuan Quaydo, Venesuela müxalifət lideri özünü müvəqqəti prezident elan edir, Karakas, Venesuela, 23 yanlar 2019-cu il.

"Venesuelanı bərpa etmək üçün bir çox işlərə ehtiyac var və mən hər bir sektordan kömək istəyirəm. Biz beynəlxalq ictimaiyyət, vətəndaş cəmiyyəti üzvləri ilə danışıqlar apardıq. Biz bunu yanvarın 23-ü gördük, çox təsiredici idi, yeddi milyondan çox insan küçələrə çıxmışdı. Bir çox rəsmilər və Huqo Çavezin tərəfdarları bizimlə birgə orda idilər. Venesueladakı hazırki qeyri-müəyyənlik anında bizim üç mərhələdə müəyyən etdiyimiz plan keçid hökuməti və azad seçkilərin keçirilməsi üçün imkan yaradacaq", Venesuela müxalifət lideri Xuan Quaydo deyib.

Ölkənin liderliyi ilə bağlı beynəlxalq mübahisələr cümə axşamı daha da kəskinləşib, belə ki, Çin və Rusiya da Maduro hakimiyyətinə dəstək verdiklərini bildirib.

Venesuela prezidenti Nikolas Maduroya qarşı etiraz iştrakçıları, Karakas, 23 yanlar, 2019-cu il.
Venesuela prezidenti Nikolas Maduroya qarşı etiraz iştrakçıları, Karakas, 23 yanlar, 2019-cu il.

​Kanada və Latın Amerikası ölkələrinin yaratdığı Lima Qrupunun bir çox üzvü- Argentina, Braziliya, Çili, Kolumbiya, Kosta Rika, Qvatemala və Peru da daxil olmaqla artıq bir sıra ölkələr ABŞ-a qoşularaq Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb.

Boliviya,Kuba, İran və Suriya Maduronu dəstəkləyən bəyanatlarla çıxış edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG