Accessibility links

BMT-in nüvə agentliyi: İranın 2009-cu ildən nüvə silahı proqramı ilə bağlı fəaliyyətinə dair etibarlı göstərici qeydə alınmayıb


BMT-nin nüvə agentliyi çərşənbə axşamı qurumun direktorunun 2015-ci ildə təqdim etdiyi hesabata diqqət çəkib. Agentliyin hesabatında İranın 2009-cu ildən sonra nüvə silahlarının inkişafa etdirilməsi ilə əlaqədar fəaliyyətlərinə dair “etibarlı göstəricilər”in olmadığı qeyd edilib.

Beynəlxalq Atom Enerjisi agentliyinin direktoru Yukiya Amano tərəfindən təqdim edilmiş hesabat İranın nüvə silahlarının inkişaf etdiriməsi üzərində işlədiyinə dair iddialarla əlaqədar on ildən artıq sürən təhqiqatın nəticəsində hazırlanıb. İran bu iddiaları dəfələrlə rədd edib.

Təhqiqatın başa çatdırılması Birləşmiş Ştatlar, Britaniya, Çin, Fransa, Rusiya və Almaniyanın beynəlxalq sanksiyaların yüngülləşdirilməsi müqabilində İranın nüvə proqramının məhdudlaşdırılmasını nəzərdə tutan razılığın bir hissəsi idi.

Beynəlxalq Atom Enerjisi agentliyi bu bəyanatı İsrailin baş naziri Benyamin Netanyahunun İranın nüvə silahları üzərində işlədiyini gizlətdiyinə dair dəlillər olduğu kimi təqdim etdiyi materialları nümayiş etdirməsindən bir gün sonra verir.

israilin baş naziri Benyamin Netanyahu Tel Əvivdə mətbuat konfransı zamanı İranın nüvə silahları inkişaf etdirməsinə dair materialları təqdim edir, 30 aprel, 2018.
israilin baş naziri Benyamin Netanyahu Tel Əvivdə mətbuat konfransı zamanı İranın nüvə silahları inkişaf etdirməsinə dair materialları təqdim edir, 30 aprel, 2018.

Ağ Ev informasiyanı “yeni və etibarlı” adlandıraraq təqdir edib, lakin Vaşinqton rəsmiləri Tehranı dünya qüdrətləri ilə 2015-ci il razılaşmasını pozmaqda ittiham etməyiblər.

İsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi İranın nüvə proqramı ilə bağlı bəyanatla çıxış edərək, Tehranın uzun illərdir beynəlxalq ictimaiyyətdən gizli nüvə tədqiqatları apardığını gizlətdiyini bildirib.

İran İsrail kəşfiyyatının məlumatlarının əhəmiyyətini azaltmağa çalışıb.

Lakin ABŞ rəsmilərinin bildirdiyinə görə, İsrail kəşfiyyatı İranın nüvə başlığı çatdırmaq qabiliyyətinə malik olan Şahab-3 ballistik raketinin inkişaf etdirilməsi səyləri ilə bağlı yeni detallar təqdim edib.

XS
SM
MD
LG