Accessibility links

BMT-nin Qaçqınlar üzrə Agentliyi: ABŞ Azərbaycandakı proqramlarımızın ən böyük donorudur


BMT-nin Qaçqınlar üzrə Agentliyi (BMT QAK) Amerika Birləşmiş Ştatları hökumətinə BMT QAK-ın Azərbaycandakı himayə və yardım proqramlarına göstərdiyi dəstəyə görə minnətdarlıq edib.

BMT QAK-ın Azərbaycandakı Nümayəndəliynin məlumatında deyilir ki, ABŞ-ın Əhali, Qaçqın və Miqrasiya Məsələləri Bürosu öz davamlı dəstəyi ilə BMT QAK-ın Azərbaycandakı proqramlarının ən böyük donorudur.

“Bu dəstək sayəsində BMT QAK Dağlıq Qarabağ münaqişəsindən zərər çəkmiş məcburi köçkünlərə, eləcə də Azərbaycanda yaşayan və dolanışıq imkanları COVID-19 pandemiyasının mənfi təsirinə məruz qalan qaçqınlar və sığınacaq axtaranlara həyati əhəmiyyət kəsb edən humanitar yardımları həyata keçirib,” BMT-nin Qaçqınlar üzrə Agentliyi bildirir.

BMT-nin Qaçqınlar üzrə Agentliyi Azərbaycanda yardım paylayır
BMT-nin Qaçqınlar üzrə Agentliyi Azərbaycanda yardım paylayır

Qaçqınlar üzrə Agentlik hesab edir ki, Birləşmiş Ştatların çevik maliyyələşdirmə işini üzərinə götürməsi mühüm əhəmiyyət daşıyır. Bu, BMT QAK-a ən çox ehtiyac içində və ya ən böyük risk altında olan köçkünlərə ən yaxşı şəkildə necə himayə və yardım etməsini müəyyənləşdirməyə imkan verir.

“Birləşmiş Ştatlar təkcə ardıcıl və etibarlı tərəfdaş deyil, həm də ciddi ehtiyacların yarandığı dövrlərdə həssas durumda olan qaçqınlara, məcburi köçkünlərə və vətəndaşlığı olmayan şəxslərə dəstək üçün əlavə fövqəladə yardım vəsaitlərini tərəddüd etmədən ayıran qayğıkeş və çevik bir donordur,” BMT QAK-ın Azərbaycandakı Nümayəndəsi Guido Ambroso bildirib.

“COVID-19 pandemiyası və Dağlıq Qarabağ münaqişəsi mövcud riskləri daha da dərinləşdirdiyi, habelə Azərbaycan daxilində yeni köçkünlük hallarını yaratdığı bir vəziyyətdə, biz, BMT QAK-ın ölkədəki qaçqınlar, məcburi köçkünlər və vətəndaşlığı olmayan şəxslər üçün himayəni, hüquqi dəstəyi davam etdirmək və onların durumu üçün dayanıqlı həll yollarının axtarılıb tapmaq üçün imkan yaradan uzunmüddətli dəstəyə görə Birləşmiş Ştatlara minnətdarıq,” agentliyin məlumatında deyilir.

Rəsmi məlumatlara görə, 1992-ci ildən bəri ABŞ Azərbaycana dəyəri 1,5 milyard ABŞ dollarından artıq yardım göstərib.

Bu yardımlar qaçqınlar, məcburi köçkünlər, hərbi sursatlarla çirklənmiş ərazilərin təmizlənməsi, təhlükəsizlik, səhiyyə, kənd təsərrüfatı, vətəndaş cəmiyyəti, iqtisadi inkişaf, iş yerlərinin yaradılması, qadınlar üçün biznes imkanlarının artırılması və təhsil kimi sahələri əhatə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG