Accessibility links

BMT-nin qaçqınlar agentliyi: Əfqanlar müdafiə olunmalı və unudulmamalıdır


BMT-nin qaçqınlar agentliyi sürətlə dəyişən vəziyyət və təhlükədə olan milyonlarla əfqanın humanitar yardıma və müdafiəyə çox ehtiyac duyduğunu, eləcə də beynəlxalq ictimaiyyət tərəfindən unudulmamalı olduğunu bildirir.

Münaqişə bu il 80 faizi qadın və uşaqlar olmaqla, 550 mindən çox əfqanı evlərini tərk etməyə məcbur edib. Bundan əvvəl isə mövcud münaqişə səbəbindən 2,9 milyon əfqan artıq evlərindən çıxmağa məcbur edilmişdi.

BMT-nin qaçqınlar agentliyi bildirir ki, hazırda dünyada humanitar yardıma ehtiyacı olan 18 milyon insan var.

Qaçqınlar agentliyi Talibanın ötən bazar günü ölkəni ələ keçirməsindən sonra vəziyyətin olduqca gərgin olaraq qaldığını və insanların gələcəklərinin necə olacağından çox narahat olduqlarını bildirir.

Agentliyin sözçüsü Shabia Mantoo bildirir ki, bir çox əfqan mövcud yollarla ölkəsini tərk edə bilmir. Onun sözlərinə görə agentlik risk altında olan Əfqanıstan vətəndaşlarının ikitərəfli proqramlar vasitəsilə təxliyə edilməsi səylərini alqışlayır.

Lakin bununla birlikdə, Shabia Mantoo bu proqramların böhranla mübarizə aparmaq üçün əhəmiyyətli bir beynəlxalq reaksiyaya ehtiyac olmasını kölgəyə salmamamlı olduğunu bildirir. Eləcə də Əfqanıstanı tərk edən şəxslərin başqa ölkələrdən sığınacaq istəmələrinə mane törədilməməli və ya qarşısı almamalıdır.

"Bütün dövlətlər - bu həm bölgə daxilində, həm də xaricində olan ölkələrə aiddir - nizamlı şəkildə və ya öz yolu ilə gələn əfqanların sığınacaq istəmək hüququnu qorumalıdır" - deyə, Mantoo bildirir.

Hazırda ABŞ və NATO-ya üzv dövlətlər son bir neçə gündə vətəndaşlarını Əfqanıstandan evakuasiya edir.

Bu dövlətlər həmçinin onlarla işləyən əfqan tərcüməçilər və onların ailələri, eləcə də tərəfdaşlıq etmiş şəxsləri təxliyə edəcəklərinə söz verib.

Hazırda bir çox əfqan xarici qüvvələrlə işlədikləri üçün Taliban tərəfindən cəzalandırılmaq qorxusu yaşayır.

Mantoo deyir ki, indiyə qədər az sayda əfqan xaricdən sığınacaq istəyib. Ancaq o, sürətlə dəyişən şərtləri nəzərə alaraq, bunun dəyişə biləcəyini bildirir.

Hazırda İran və Pakistan 2,4 milyon əfqan qaçqınına ev sahibliyi edir. Onların əksəriyyəti 1979-cu ildə başlayan onillik Sovet-Əfqanıstan müharibəsi dövründə gələn şəxslərdir.

Hazırda Əfqanıstanda BMT-nin qaçqınlar agentliyinin 200 yerli və beynəlxalq işçisi var. Bu ilin əvvəlindən onlar 230 min insana təcili yardım göstərib. Agentlik vacib humanitar əməliyyatları dəstəkləmək məqsədi ilə 62,8 milyon dollarlıq əlavə yardım üçün müraciət edir.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG