BMT-nin Təhlükəsizlik Şurasında Yəməndəki vəziyyətlə bağlı təcili toplantı keçirilir. Bu ölkədə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husiləri liman şəhəri Hodeydadan çıxarmağa çalışır.
Bu şəhər uğrunda döyüşlər bu gün səhər yenidən başlayıb. Şahidlərin dediyinə görə, Hodeyanın cənub bölgəsində qızğın döyüşlər gedir.
Britaniya xüsusi nümayəndəsi Martin Qriffitsin Yəmənə səfərindən sonra tərəfləri təmkinə səsləyərək, hərbi qarşıdurma deyil, siyasi həllə çağırıb.
Şəhərə qarşı hücumlar Birləşmiş Ərəb Əmirliklərinin husilərin təslim olma müddətinin başa çatmasını deməsindən sonra bərpa edilib.
İranın dəstəklədiyi husilər Hodeyda və əhalinin sıx yerləşdiyi bölgələrə nəzarət edir.
BMT Yəməndə 22 milyon insanın humanitar yardıma ehtiyacı olduğunu bildirir. Yəmənə göndərilən yardımların 70 faizi Hodeydaya gəldiyi üçün bu liman şəhəri strateji əhəmiyyət daşıyır.