Accessibility links

BMT-nin vasitəçilik etdiyi Yəmən danışıqları nəticə verməyib


BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffit

BMT-nin vasitəçiliyi ilə Yəməndə vətəndaş müharibəsinə son qoymaq üçün sülh danışıqlarını bərpa etməyə yönəlmiş üç günlük müşavirədə heç bir nəticə əldə olunmayıb, çünki əsas tərəflərdən biri danışıqlara gəlməyib.

BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Martin Qriffit, uğursuz danışıqları müsbət qiymətləndirərək, bəhrəli müzakirələrin başladığını deyib, baxmayaraq ki, danışıqlar onunla yalnız Yəmən hökümətinin nümayəndə heyəti arasında baş tutub.

O, Ənsərullah adı ilə tanınan Husi nümayəndə heyətinin gəlməməsi ilə bağlı məyusluğunu dilə gətirib, lakin o həmçinin münaqişə danışıqlarında çətinliklərin olmasının qeyri-adi bir hal olmadığını da qeyd edib.

Yəmənin xarici işlər naziri Xalid Əl-Yamani
Yəmənin xarici işlər naziri Xalid Əl-Yamani

“Biz Ənsərullah nümayəndə heyətini gətirməyə nail olmadıq, amma Səna nümayəndələri buradadır. Və biz bu bir nüçə gün ərzində onları bura gətirə bilmək üçün müzakirələr, danışıqlar apardıq, varinatları, alternativləri müzakirə etdik. Yəni, mən bunu prosesə böyük əngəl olaraq görmürəm”, o deyib.

Qriffit Husilərin Cenevrədə danışıqlarda iştirak etmək üçün irəli sürdüyü tələbləri müzakirə etməkdən imtina edib. Lakin yüksək səviyyəli Husi rəsmisi deyib ki, onun qrupunun şərtlərinə təhlükəsiz şəkildə Yəmənə geri dönmək və müharibədə xəsarət alanları tibbi müalicə üçün xaricə aparmağa icazə ilə bağlı təminatlar daxildir.

Yəmənin xarici işlər naziri Xalid Əl Yamani xüsusi nümayəndənin sözlərini güzəştli adlandırıb. O, Husilərin danışıqlarda iştirak etməmələri üçün irəli sürdükləri bəhanələri əsassız adlandırıb.

Yəmənin xarici işlər naziri Xalid Əl-Yamani
Yəmənin xarici işlər naziri Xalid Əl-Yamani

“Bu dağıdıcı qrup beynəlxalq qanunlara riayət etmir və xüsusi nümayəndəsi vədləri onların sülh əldə etmək və beynəlxalq qətnamələri yerinə yetirməklə bağlı ciddi olmadıqlarını göstərir” – deyə, Yamani bildirib.

Yəmənin Səudiyyə Ərəbistanının dəstəklədiyi höküməti ilə İranın dəstəklədiyi Husi üsyançıları arasında üç ildir davam edən vətəndaş müharibəsində 16 mindən çox mülki vətəndaş öldürülüb. Müharibənin səbəb olduğu viranəlik səbəbilə Birləşmiş Millətlər Təşkilatı Yəməndəki vəziyyəti dünyanın ən pis humanitar böhranı adlandırır.

Qriffit növbəti danışıqların nə zaman baş tutacağını bilmədiyini deyib.

XS
SM
MD
LG