Accessibility links

BMT rəsmisi Kosovonun müstəqilliyi barədə Beynəlxalq Məhkəmənin qərarını dəsdəkləyib


BMT rəsmisi Kosovonun müstəqilliyi barədə Beynəlxalq Məhkəmənin qərarını dəsdəkləyib
BMT rəsmisi Kosovonun müstəqilliyi barədə Beynəlxalq Məhkəmənin qərarını dəsdəkləyib

Cənab Zanner məhkəmənin qərqarından sonra regionda stabillik və inkişaf üçün danışıqların başlamasının mühüm olacağını bildirib

BMT-nin xüsusi nümayəndəsi Lamberto Zanner dünən BMT-nin Təhlükəsizlik Şurasına Beynəlxalq Məhkəmənin çıxardığı qərarın məsələlərin konstruktiv həllində mühüm addım olduğunu və artıq danışıqların vaxtının çatdığını deyib. Cənab Zanner danışıqların regionda stabillik və inkişaflar üçün mühüm olacağını bildirib.

Hər iki ölkənin, həm Serbiyanın, həm də Kosovanun xarici işlər nazirləri Təhlükəsizlik Şurasına gələcəkdə Avropa Birliyinə üzv olmaq üçün həll olunmamış məsələlərin müzakirələrinə başlamaq istədiklərini bildirmişlər. Lakin onlar Beynəlxalq Məhkəmənin qərarının nəticəsi olaraq, münasibətlərin yaxşılaşmasının və barışığın uzun müddət aparacağını demişlər.

Serbianın xarici işlər naziri Vuk Yeremiç Beynəlxalq Məhkəmənin qərarının təhlükəli interpretasiyalara yol açacağını və dünya boyu separatçı hərəkatları alovlandıracağını, Kosovonun xarici işlər naziri İskəndər Hüseyn isə Beynəlxalq Məhkəmənin qərarının şəffaf olduğunu və heç bir əlavə müzakirəyə ehtiyacı olmadığını deyib.

XS
SM
MD
LG