Accessibility links

BMT nümayəndəsi Suriyaya səfər edib


BMT humanitar yardım agentliyinin rəhbəri Suriyada iğtişaşların viran qoyduğu Homs şəhərinə səfər edib. Səfərinin ilk günündə o, yardıma ehtiyacı olan ərazilərə hümanitar yardım çatdırılmasına çalışır.

BMT-nin sözçüsü deyib ki, Valeri Amos Dəməşqə bugün çatıb. Orada o, Suriya Xarici İşlər Nazirliyinin rəsmiləri ilə danışıqlar aparıb. Valeri Amos cümə gününədək Suriyada qalmağı planlaşdırır və onun səfərindən sonra ölkəyə BMT-nin sabiq baş katibi Kofi Annanın gəlməsi gözlənilir. Cənab Annan həm də BMT Suriya üzrə yeni xüsusi nümayəndəsidir.

Suriya hökuməti ölkədə bir ilə yaxındır davam edən hökumət əleyhdarı nümayişçilərə qarşı zorakılıqları dayandırmaq barədə təzyiqlərlə üzləşir.

Dünən ABŞ Suriyada zorakılıqların dayandırılması üçün BMT Təhlükəsizlik Şurasında yeni qətnamə ilə çıxış edib. Türkiyə liderləri isə ölkəyə təcili yardım çatıdırlmasına çağırır.

Baş nazir Rəcəb Tayyip Ərdoğan deyib ki, zorakılıqlara görə Suriya prezidenti Bəşar Əl-Əsəd məsuliyyət daşıyır.

XS
SM
MD
LG