Accessibility links

BMT-nin nüvə agentliyi İranda danışıqlara başlayıb


BMT-nin nüvə agentliyi İranın şübhəli obyektlərində yoxlanışın bərpası səyləri çərçivəsində Tehranla növbəti raund danışıqlara başlayıb.

İranın Beynəlxalq Atom Enerjisi Agentliyində nümayəndəsi Əli Əsgər Sultaniyə bu gün Vyanada agentliyin rəsmiləri ilə görüşüb.

Agentlik atom silahına dair araşdırmanın həyata keçirildiyi ehtimal olunan İranın Pərçin hərbi bazasına çıxış əldə etmək istəyir.

Tehran bildirir ki, Pərçin ənənəvi silahlar obyektidir və təkid edir ki, İranın nüvə proqramı dinc mahiyyət daşıyır.

Hər iki tərəfin açıqlamasına görə, məsələ ilə bağlı fikir ayrılıqları qalsa da, bu il keçirilən əvvəlki müzakirələrdə proqres əldə olunub.

Çinin dövlət mediası bu gün Pekində iranlı həmkarı Mahmud Əhmədinejadla görüşən prezident Hu Cintaonun İran liderini BMT nüvə agentliyi ilə danışıqlarda praqmatik yanaşma nümayiş etdirməyə çağırıb.

XS
SM
MD
LG