Accessibility links

BMT Suriya qaçqınlarına ərzaq yardımını bərpa edib


Bir həftə davam edən maliyyə toplanılması kampaniyasından sonra BMT-nin Dünya Ərzaq Proqramı 5 fərqli ölkədə məskunlaşan suriyalı qaçqınları yemək talonları ilə təmin edən proqramı bərpa edib.

Ötən həftə BMT tərkibindəki bu qurum 1,7 million qaçqının ehtiyacını ödəmək üçün dekabr ayı ərzində 64 miyon dollara ehtiyac olduğunu bildirərək, yemək talonlarını təmin etmə proqramını dayandırmışdı.

Çərşənbə axşamı Dünya Ərzaq Proqramı bildirib ki, fərdi şəxslər və dövlətlər o gündən bəri 80 milyon dollar maliyyə vəsaiti ianə edib.

Qurumun icraçı direktoru Ertarin Kozin bu ianələri misli görünməmiş dəstək adlandırıb.

Yemək talonları qaçqınların İordaniya, Livan, Türkiyə, İraq və Misirdəki yerli satıcılardan ərzaq almasına imkan yaradacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG