Accessibility links

BMT: Qadınlar öz bədənlərinə dair qərar vermək gücünə sahib olmalıdır


Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu çərşənbə günü ölkələri bədən muxtariyyətinə universal hüquq kimi hörmət göstərməyə çağıraraq, bir çox qadın və qızın öz bədənləri üzərində bu adi gücdən məhrum olduğunu qeyd edib.

"Bədənlərimiz üzərində muxtariyyət hüququ zorakılıq qorxusu olmadan və ya başqasının qərar vermədən seçim etmək gücünə sahib olmağımız deməkdir" deyə, qurumun icraçı direktoru Natalya Kanem jurnalistlərə açıqlamasında bildirib.

Qərar verən digərləri arasında tərəf müqabillər, ailə üzvləri, cəmiyyət və hökumət var.

UNFPA "Bədənim Mənimdir" adlı yeni hesabatında dünya əhalisinin təxminən dörddə birini təmsil edən təxminən 60 ölkədən məlumatlar nəzərdən keçirilib. Qadınların təxminən yarısının kontrasepsiya istifadə edib-etməməsi və ya partnyorla cinsi əlaqədə olub-olmaması ilə bağlı sağlamlıqları haqda özlərinin qərarlar vermək gücünə sahib olmadığı aşkar olub.

"Öz bədəninə nəzarət edə bilən bir qadının həyatının digər sahələrində də gücə sahib olma ehtimalı daha yüksəkdir" - deyə, Kanem əlavə edib.

Onun sözlərinə görə, ancaq onlara bu gücdən istifadədə imtina edildikdə, bu, bərabərsizliyi gücləndirir və problemin kökündə dayanan gender ayrı-seçkiliyindən irəli gələn zorakılıq davam etdirilir.

"Nəzarət başqa bir yerdə olanda muxtariyyət həmişə əlçatmaz qalır" deyə, hesabatda qeyd olunur.

Bir qadının bədən azadlığını pozan cinayətlər və praktiklar arasında "namus" qətlləri, məcburi və erkən nikah, "bakirəlik" testləri və qadın cinsiyyət orqanında əməliyyatlar yer alır. Məcburi hamiləlik və ya abort da qadının bədəni ilə bağlı qərar vermək hüququndan məhrum edir.

"Təcavüz kimi bəzi qanun pozuntuları cinayət hesab edilə bilər, lakin daha sonra daima mühakimə olunmur və cəzalandırılmır. Digər qanun pozuntuları isə ictimai normalar, təcrübələr və qanunlarla möhkəmləndirildiyi üçün ümumilikdə etirazlara səbəb olmur" - deyə, Kanem əlavə edib.

Şərhlərə bax

XS
SM
MD
LG