Accessibility links

BMT-nin Baş katibi: Böhranlar qarşısında 'oyaq olun'


Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş çərşənbə axşamı dünyaya bildirib ki, nəhəng "böhranlar şəlaləsi" qarşısında "oyaq olun"
"dünyamız heç vaxt bu qədər təhdid görməmiş və ya bu qədər bölünməmişdi" - deyə, o, davam edən koronavirus pandemiyası səbəbiylə bu il məhdud şəkildə Nyu Yorka qayıdan dünya liderlərinin illik toplantısında bildirib.

O, iqlim böhranına və COVID-19-a, həmçinin Əfqanıstan, Efiopiya və Yəmən də daxil olmaqla, bir çox ölkədə "çalxalanmaya" işarə edib.

Birləşmiş Millətlər pandemiyaya qarşı qlobal reaksiyanın başında gəlirdi və Quterreş zəngin dövlətləri hədəf alaraq onları siyasi iradəsizlik və cəmlənən eqoizm, bəzi hallarda isə qiymətli peyvənd dozalarını israf etməsi ilə ittiham edib.

"Daha zəngin dövlətlərin əksər əhalisi peyvəndlənir. Afrikalıların 90%-dən çoxu hələ də ilk dozasını gözləyir. Bu, dünyamızın vəziyyətinə mənəvi bir ittihamdır. Bu, təhqiramizdir”.

Quterreş 2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70%-ni vaksinləmək üçün ən azı iki dəfə peyvənd istehsalını artırmaq üçün qlobal planla zəngin və kasıb ölkələr arasındakı fərqi aradan qaldırmağa çağırıb.

O, "milyonlar yer üzündə ac qalanda kosmosa sevinclə getdi" dediyi dünya milyarderlərinə də toxunub. Dünyanın ən varlı adamları pandemiyanın ən yüksək dövründə sərvətlərini sürətlə artırıb. Quterreş bir neçə ölkədə aclığın qarşısını almaq üçün BMT-nin milyardlarla dollarlıq müraciətlərinin kifayət qədər maliyyələşdirilmədiyini deyib.

Bu arada, Baş katib dünyanın 2015-ci il Paris Sazişinin qlobal istiləşməni sənaye öncəsi səviyyədən 1,5 dərəcəyə qədər yavaşlatmaqla bağlı verdiyi vədləri yerinə yetirmək üçün doğru yolda olmadığını qeyd edib.

"İnsanlığı və planeti xilas etmək üçün indi hərəkətə keçməliyik" - deyə, Quterreş bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG