Accessibility links

BMT-in baş katibi Suriyada döyüşlərin dayandırılmasına çağırır


BMT-in baş katibi Antonio Quterreş hökumətlərin Təhlükəsizlik Şurasının Suriyada 30 gün müddətində atəşkəsə dair qətnaməsinə əməl etməməsini tənqid edib. BMT-nin İnsan Haqları Şurasının dörd həftə sürəcək sessiyasını açılışında danışan Quterreş döyüşlərin dərhal dayandırılmasına çağırıb.

Qətnaməyə dərhal əməl edilib dəstəklənməsini gözləyirəm.
Antonio Quterreş

Suriya hökumət qüvvələri Təhlükəsizlik Şurasının atəkəsə dair qətnaməsinin qəbul edilməsindən bir neçə saat sonra üsyançıların nəzarətində olan Dəməşq ətrafındakı Şərqi Qutanı bombamalağa başlayıb.

Şərqi Quta
Şərqi Quta

Təhlükəsizlik Şurasının qətnamələrinin icrası

Quterreş İnsan Haqları Şurasının iclasının iştirakçılarına bildirib ki, Təhlükəsizlik Şurasının qətnamələri onların effektiv şəkildə həyata keçirildiyi və dəstəkləndiyi halda əhəmiyyət daşıyır.

Belə ağrılı vəziyyətin davam etməsinə görə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü məsuliyyət daşıyır.
Zeyd Raad Əl-Hüseyn

“Buna görə də mən qətnaməyə dərhal əməl edilib dəstəklənməsini gözləyirəm. Xüsusilə də humanitar yardım və xidmətlərin dərhal təhlükəsiz, maneəsiz və dayanıqlı şəkildə çatdırılması, xəstələrin və yaralıların evakuasiya edilməsi və Suriya xalqının əziyyətlərinin yüngülləşdirilməsi üçün…Şərqi Quta gözləyə bilməz”, o bildirib.

BMT Təhlükəsizlik Şurasında səsvermə
BMT Təhlükəsizlik Şurasında səsvermə

Məsuliyyəti kim daşıyır?

BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseyn kimin günahkar olması ilə bağlı verdiyi açıqlamalarda Suriya ilə yanaşı dünyanın bir sıra bölgələri, o cümlədən Konqo Demokratik Respublikası, Yəmən, Burundi və Myanmada qətliamları qeyd edib. O, BMT Təhlükəsizlik Şurasının dünya boyu insanların əziyyətlərinə reaksiya göstərə bilməməsindən danışıb.

“Belə ağrılı vəziyyətin davam etməsinə görə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü məsuliyyət daşıyır. Onlar veto hüququndan ən lazımlı vaxtda, günahsız insanların əzablarını azalda biləcəkləri bir vaxt birgə fəaliyyət göstərilməsinin qarşısını almaq üçün istifadə etməyə davam etdikcə, onda məhz daimi üzvlər qurbanlar qarşısında cavab verməlidir”, o bildirib.

Zeyd Fransa və Britaniyanın veto hüququndan istifadə edilməsinə dair davranışından razılığını ifadə edib. Lakin o, Təhlükəsizlik Şurasının daimi üzvü olan Çin, Rusiya və Birləşmiş Ştatları bir sıra məsələlərdə veto hüququndan istifadə etməsini tənqid edib. O bu üç ölkəni veto hüququndan “zərərli istifadə”ni dayandırmağa çağırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG