Accessibility links

BMT Rohinca qaçqın böhranı üçün beynəlxalq yardıma çağırır


BMT-nin qaçqın agentliyi 880 000-dən çox Rohinca qaçqını və onlara ev sahibliyi edən icmalardakı 472 000 banqladeşlini həyati yardımla təmin etmək üçün 943 milyon dollar ianə toplayır. Qaçqınların əksriyyəti, yəni təxminən 740 000 2017-ci ildə Myanmada təqib və zorakılıqlardan qaçıblar.

Onlar həmin zamandan bəri Banqladeşdə Koks Bazarda baxımsız və dopdolu yaşayış məntəqələrində yaşayırlar. BMT-nin qaçqın idarəsinin sözçüse Andrey Maheçic deyir ki, onlar təhlükəyə açıqdırlar və qeyri-müəyyən gələcəklə üzləşirlər.

“Qaçqın böhranı artıq dördüncü ildir davam edir və Banqladeşin dövlətsiz Rohinca qaçqınlarının təhlükəsizlik və rifahlarını təmin etmək üçün möhkəm və davamlı beynəlxalq dəstəyə ehtiyacı var,” deyə o, gələn həftə keçiriləcək donor konfransından öncə bildirib. “Bu, unutulmuş böhrana çevrilməməlidir. Həm Rohinca qaçqınlar həm də onlara onillərdir səxavətlə ev sahibliyi edən Banqladeş dünyanın onların yanında olduğunu görməlidir.”

Maheçic deyib ki, COVID-19 pandemiyası qaçqınlar və onlara ev sahibliyi edən icmaların üzləşdiyi təhlükələri artırıb. Onun sözlərinə görə, indiyədək hökumət və yardım agentlikləri xəstəliyin düşərgələr və ətraf bölgələrdə geniş yayılmasının qarşısını ala bilib.

Lakin o qeyd edib ki, virus gözlənilməzdir və ona görə də, humanitar yardımın və qoruma xidmətlərinin davam etdiriləməsi mühümdür.

O deyib ki, qaçqınların da digər insanlar kimi həyatda qalmaq üçün təməl ehtiyaclardan əlavə şeylətə ehtiyacları var və onların layiqli və anlamlı gələcək

Belə görünür ki, Rohinca qaçqınlarının yaxında evlərinə geri dönmə ehtimalları çox azdır, çünki Myanmanın özündə siyasi və sosial böhran yaşanır. Hərbi xuntanın fevralın 1-də demokratik yolla seçilən hökuməti devirməsindən bəri Myanmada mülki əhali hüquq-mühafizə orqanları tərəfindən mühasirə altındadır.

Ötən il BMT-nin Rohinca qaçqıları üçün istədiyi 1 milyard dolların yalnız 60 faizi toplanmışdı Bu il BMT rəsmiləri daha yaxşı nəticələr əldə etməyə ümid bəsləyirlər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG