Accessibility links

BMT sədri yeni "sosial müqavilə"nin yaranmasına çağırır


Antonio Quterreş
Antonio Quterreş

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş şənbə günü anti-aparteid fəalı olan mərhum Nelson Mandelanın ad günü münasibətilə etdiyi çıxışında yeni sosial müqaviəyə və hər kəs üçün bərabər imkanların yaradılmasına çağırış edib.

İcmalar arasında yeni sosial müqavilə gənc insanlara ləyaqətli şəkildə yaşamağa imkan verəcək, qadınların kişilərlə eyni perspektiv və imkanlara sahib olmalarını təmin edəcək, xəstə, təhlükəyə açıq insanları və hər cür azlıqları qoruyacaq”, Quterreş bildirib.

O deyib ki, insanlar hər kəs üçün işləyən sosial və iqtisadi sistemlər və onların həyatlarına təsir göstərən qərarlarda söz sahibi olmaq istəyirlər.

“Onlar insan haqları və fundamental azadlıqlarına hörmət edilməsini istəyirlər,” BMT sədri deyib. “Hökümətlər, insnanlar, vətəndaş cəmiyyətləri, bizneslər və sairə arasındakı yeni sosial müqaviləyə hər kəs üçün bərabər haqlar və imkanlara əsaslanan məşğulluq, davamlı inkişaf və sosial müdafiə daxil olmalıdır,” Quterreş əlavə edib.

O, koronavirus pandemiyası səbəbilə Nyu Yorkda virtual olaraq çıxış edib. Cənubi Afrikada COVID-19-a 325 min yoluxma halı qeydə alınıb.

“COVID-19 insan faciəsidir. Lakin o həmçinin nəsillər arası imkan yaradıb -daha bərabər və davamlı dünya qurmaq imkanı,” Quterreş deyib.

O, çıxışında diqqəti pandemiyanın üzə çıxardığı qlobal bərabərsizliklərə ayırıb.

BMT sədri problemin özəyini aradan qaldırmaq üçün islahatlara çağırıb.

“Bərabərsizlik yuxarıda başlayır: qlobal qurumlarda. Bərabərsizliyə qarşı mübairzə onları ishah etməklər başlamalıdır,” o qeyd edib.

Quterreş həmçinin populizm, millətçilik, ekstremizm və irqçilik əleyhinə xəbərdarlıq edərək deyib ki, bunlar cəmiyyətdə daha çox ayrı-seçkilik və qeyri-bərabərliyə yol açır.

Özünü “qürurlu feminist” kimi təqdim edən Quterreş həmçinin “patriarxat”ı dağıtmağa və gender bərabərliyinə doğru addım atmağa çağırış edib.

“Qlobal miqyasda qadınlar hökümətlər və şirkətlərdə yüksək vəzifələrə yaxın buraxılmır. Dünya liderlərinin 10-dan azı qadınlar. Genfer bərabərsizliyi hər kəsə ziyan vurur, çünki bizim bütün insanlığın zəkası və təcrübələrindən daydalanmağımızın qarşısını alır,” o qeyd edib.

XS
SM
MD
LG