Accessibility links

BMT: Səudiyyəli jurnalist Xaşuqcinin qətli beynəlxalq cinayətdir


BMT-nin xüsusi təhqiqatçısı Aqnes Kallamard Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının iclasında danışır, 26 iyun, 2019.
BMT-nin xüsusi təhqiqatçısı Aqnes Kallamard Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının iclasında danışır, 26 iyun, 2019.

BMT-nin xüsusi təhqiqatçısı dünya ölkələrinin hökumətlərini səudiyyəli jurnalist Camal Xaşuqcinin keçən ilin oktyabr ayında İstanbulda onun dediyi kimi, əvvəlcədən planlaşdırılmış qətlinə görə məsuliyyət daşıyan Səudiyyə Ərəbistanı rəsmilərini məsuliyyətə cəlb etməyə çağırıb. Xüsusi təhqiqatçı Aqnes Kallamard altı ay müddətində apardığı təhqiqatının nəticələrini BMT-nin İnsan Hüquqları Şurasının iclasında təqdim edib.

Aqnes Kallamard deyib ki, onun təhqiqat zamanı əldə etdiyi dəlillər Səudiyyə Ərəbistanı krallığının Camal Xaşuqcinin qətlinə görə məsuliyyət daşıdığına işarə edir.

O, qətlin diqqətlə və düşünülmüş şəkildə planlaşdırıldığını deyib. “Təhqiqat cinayət araşdırması deyil, insan hüquqlarına dair araşdırma idi. Lakin bununla belə, təhqiqat Səudiyyə Ərəbistanı vəliəhdi, şahzadə Məhəmməd bin Salman və onun baş müşaviri Səud Əl-Qahtani də daxil olmaqlq, bir sıra yüksək səviyyəli səudiyyəli rəsmilərin məsuliyyətinin bundan sonra daha da çox təhqiq edilməsini tələb edən kifayət qədər əsaslı dəlilə malikdir” – deyə, o bildirib.

Arxiv fotosu - İstanbulda Səudiyyə Ərəbistanının konsulluğu qarşısında Qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Xaşuqcinin xatirəsi anılır, 25 oktyabr, 2018.
Arxiv fotosu - İstanbulda Səudiyyə Ərəbistanının konsulluğu qarşısında Qətlə yetirilmiş səudiyyəli jurnalist Camal Xaşuqcinin xatirəsi anılır, 25 oktyabr, 2018.

Kallamard deyib ki, Xaşuqcinin qətli təkcə ölkənin daxili işi deyil, Onun bildirdiyinə görə, bu qətl hadisəsi Birləşmiş Ştatlarda öz istəyi ilə sürgündə yaşayan jurnalistin susdurulması məqsədilə Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğunda törədildiyi üçün beynəlxalq səviyyədə törədilmiş cinayət hesab edilməlidir.

Aqnes Kallamard dünya ölkələrini beynəlxalq hüquq çərçivəsində şübhəlilərin onların ölkələri ərazisində təqib edilməsi kimi universal yurisdiksiya hüququndan istifadə etməyə çağırıb. O deyib ki, hələlik cavabı tapılmayan bir sıra mühüm məsələlərin həlli üçün BMT tərəfindən cinayət istintaqının başladılması olduqca vacibdir.

Aqnes Kallamard bildirib ki, Xaşuqcinin planlaşdırılmış qətlini törədənlər məsuliyyətə cəlb edilməlidir.

Bundan öncə Camal Xaşuqcinin nişanlısı Hatice Cengiz BMT-nin İnsan Hüquqları Şurasını təhqiqat aparmağa çağıraraq, deyib ki, jurnalistin “əvvəlcədən planlaşdırılmış qətli” ilə əlaqədar beynəlxalq təhqiqata “təcili olaraq ehtiyac” duyulur.

Türkiyə vətəndaşı olan Hatice Cengiz yeni açıqlanmış hesabatda Xaşuqcinin qətlinə görə Səudiyyə Ərəbistanının məsuliyyət daşıdığı haqda nəticə çıxarıldıqdan sonra

XS
SM
MD
LG