Accessibility links

BMT Somali qaçqınlarının sayının 1 milyonu keçdyini bildirir


BMT-nin qaçqınlar agentiyi Somalidən qaçan insanların sayının 1 milyonu ötüb keçdiyini bildirir.

Agentliyin sözçüsü Adrian Edvards deyib ki, son məlumatlara əsasən, qaçqınların əsas hissəsi qonşu ölkələr olan keniya və Efiopiyaya üz tutur.

Qaçqınların ölkəni tərk etməsinin əsas səbəbləri kimi əvvəllər olduğu kimi ölkədə iğtişaşlar və ərzaq çatışmazlığı göstərilir.

Lakin buna baxmayaraq, BMT ölkəni tərk edən insanların sayının keçən illə müqayisədə azaldığını bildirir. Təşkilat 2012-ci ilin ilk altı ayı ərzində 30 min yeni qaçqının ölkəni tərk etdiyini qeydə alıb. 2011-ci ildə bu rəqəm 130 min təşkil edirdi.

Somalidə quraqlıqla əlaqədar vəziyyətin yaxşılaşdığı və Əl-Şəbəb qrupunun keçən il ərzində nəzarətdə saxladığı ərazilərin böyük hissəsini itirdiyi bildirilir.

BMT ölkədə döyüşlərin yenidən baş qaldırması ilə əlaqədar narahatlığını bildirir.
XS
SM
MD
LG