Accessibility links

Filippinli BMT sülhməramlıları Suriya üsyançılarının əsirliyindən qaçıb


BMT bildirir ki, qurumun keçən həftə Qolan Yüksəkliyində Suriya üsyançılarının mühasirəsinə düşən filippinli sülhməramlılar xilas edilsə də, 44 ficili sülhməramlının axtarışları davam edir.

Filippin ordu komandiri genereal Qreqorio Katapanq deyib ki, şənbə günün 7 saat davam edən atışmada onların 40 sülhməramlısı iştirak edib, ancaq onlar gecə uğurla qaçış əməliyyatını həyata keçirə biliblər.

BMT-nin Beynəlxalq Müşahidə Qüvvələrində xidmət edən daha 35 filippinli sülhməramlı isə BMT-nin başqa bir mövqeyindən çıxarılmışdı.

Fici ordu komandiri Briqada Generalı Mosese Tikoytoqo deyib ki, Suriya üsyançıləri tərəfindən ələ keçirilən 44 sülhməramlının azad edilməsi barədə danışıqlar davam etdirilsə də, onların harada saxlanması barədə heç bir məlumat əldə etmək mümkün olmayıb.

BMT ficililərin dərhal azad edilməsinə çağırıb.

Sülhməramlıları Əl-Qaidəyə bağlı Əl-Nüsrə qruplaşmasının saxladığı ehtimal olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG